VII FƏSLƏ AİD MƏSƏLƏLƏR
7.6
Verilən kütləli biratomlu ideal qaz üzərində 1-2-3 prosesi getmişdir. Prosesin 1-2 və
2-3 hissələrində qazın daxili enerjisi necə dəyişmişdir?
7.7
İdeal istilik mühərrikində a − b − c − d − a dövri proses
gedir. Prosesin a − b − c hissələrində qazın
daxili enerjisinin dəyişməsini təyin edin.
7.8
İdeal istilik mühərrikində a — b — c — d — a dövri proses gedir. Prosesin a — b — c
hissələrində qazın daxili enerjisinin dəyişməsini təyin edin.
7.9
Buxar elektrik stansiyası hər saatda 50 ton kömür yandırır. Stansiyanın faydalı gücü
130 MVt-dırsa, onun FİƏ-i nə qədərdirdir (qkömür = 30 MC/kq)?
7.10
Avtomobilin mühərriki 32 kVt güc sərf etməklə 80 km/saat sabit sürətlə 40 km yol
getdi. Mühərrik bu zaman 4
l dizel yanacağı işlədir. Yanacağın yanma istiliyi
42
MC/kq-dır.
I sual. Bu avtomobilin mühərriki nə dərəcədə qənaətlidir? Onu necə müəyyən etmək
olar?
II sual. Avtomobilin mühərrikinin effektivliyini artıqmaq olarmı? Bunun üçün nə
etmək lazımdır?
III sual. Mühərrikin ətraf mühitə ziyanlı təsirini necə azaltmaq olar?