İdeal istilik mühərrikinin həyata keçirdiyi dövri proses iki izotermdən və iki adiabatdan ibarət olub
Karno dövrü adlanır (d). İstilik mühərrikləri üçün bu dövr
düz dövr adlanır.
2
Tətbiqetmə
İstilik mühərrikinin gördüyü faydalı işi təyin edin
Məsələ. Qızdırıcıdan 800 kC istilik miqdarı alan istilik mühərrikinin gördüyü
faydalı iş soyuducuya verilən istilik miqdarının 40%-ə bərabərdir. İstilik mühərrikinin gördüyü
faydalı işi təyin edin.
Nəticənin müzakirəsi:
- İstilik mühərrikinin gördüyü faydalı iş hansı düsturla təyin olunur?
- Apardığınız hesablamalardan istilik mühərrikinin faydalı işi nəyə bərabər oldu?
Gündəlik həyatınızla əlaqələndirin:
Bakıda qış və yay aylarında avtomobilin mühərrikinin FİƏ-sinin maksimum qiymətini müqayisə edin.
Mühərrikin qızdırıcısının temperaturu 1000°C, atmosferin temperaturu qışda 3°C, yayda isə
37°C-dir.
- İstilik mühərrikinin FİƏ-sinin maksimal qiyməti nədən asılıdır?
- Hansı fəsildə istilik mühərrikinin FİƏ-sinin maksimal qiyməti daha böyükdür?
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə
qaranlıq qaldı?
- Təbiət hadisələrində dönməməzliyin başlıca xüsusiyyəti nədir?
- Termodinamikanın ikinci qanunu necə ifadə olunur?
- İkinci növ daimi mühərrik nədir?
- İstilik mühərrikinin FİƏ-si nəyə bərabərdir?
- İdeal istilik mühərrikinin FİƏ-si nəyə bərabərdir?
- Termodinamikanın ikinci qanunu canlı sistemlər üçün hansı məna kəsb edir?
NƏ ÖYRƏNDİNİZ?
Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: “termodinamikanın ikinci qanununun
Klauzius tərifi”, “termodinamikanın ikinci qanununun Tomson tərifi", “dönməz proses ”, “istilik
mühərriki ”, “istilik mühərrikinin əsas hissələri ”, “istilik mühərrikinin FİƏ- si", “ikinci növ
daimi mühərrik”, “Karno dövrü”.