İstilik mühərrikinin fasiləsiz işləməsi üçün mühərrikdə gedən proses dövri olmalıdır. Bu məqsədlə mühərrik elə tənzimlənir ki, işçi cisim (qaz) əvvəlcə istidən genişlənərək silindrdəki porşeni itələyib onun üzərində iş görür, sonra isə sıxılaraq onu əvvəlki vəziyyətinə gətirir. Bundan sonra qaz yenidən genişlənir və beləliklə, proses dövri təkrarlanır (mühərrikdə sürtünmə və ətrafla istilik mübadiləsi minimuma endirilir bax: c).
Dövri proses icra edən istilik mühərriki soyuducusuz işləyə bilməz. Həqiqətən, mühərrikdə faydalı işin
görülməsinə qızdırıcıdan alınan Q1 istilik miqdarının hamısı deyil, müəyyən hissəsi
sərf olunur, qalan Q2
istilik miqdarı soyuducuya verilir. Qızdırıcıdan alınan istilik miqdarının hansı hissəsinin faydalı işə
sərf olunduğunu istilik mühərrikinin faydalı iş əmsalı (FİƏ) adlanan xarakteristikası müəyyən
edir.
● İstilik mühərrikinin faydalı iş əmsalı (η) - onun gördüyü faydalı işin qızdırıcıdan
aldığı istilik
miqdarına nisbətinə deyilir.
η = Af
Q1 = Q1 − Q2
Q1 = 1 − Q2
Q1.
(7.28)
İstilik mühərrikləri soyuducusuz işləyə bilmədiyindən onların FİƏ-si həmişə vahiddən -100% -dən
kiçikdir. Bu o deməkdir ki, termodinamikanın II qanunu ikinci növ daimi mühərrikin (perpetuum mobile
II)
yaradılmasının qeyri-mümkün olduğunu təsdiq edir:
● İkinci növ daimi mühərrik (perpetuum mobile II) - yalnız bir mənbədən alınan istilik hesabına daim
işləyən mühərrikdir.
Beləliklə, termodinamikanın II qanununu belə də ifadə etmək olar:
● Yeganə nəticəsi yalnız bir mənbədən alınan istilik hesabına periodik işləyən maşın düzəltmək mümkün deyildir.
Fransız mühəndisi Sadi Karno (1796-1832) 1824-cü ildə ideal istilik mühərrikinin iş prinsipinin (iş prinsipi ideal qaz qanunlarına tabe olan mühərrik) nəzəriyyəsini müəyyənləşdirdi. Bu nəzəriyyəyə görə, ideal istilik mühərrikinin maksimal FİƏ-si yalnız qızdırıcının və soyuducunun mütləq temperaturundan asılıdır:
ηmax = T1 - T2
T1 =
1 - T2
T1.
(7.29)
(7.29) ifadəsindən görünür ki, mühərrikin FİƏ-sini artırmaq üçün qızdırıcının temperaturunun yüksəldilməsinə, soyuducunun temperaturunun isə azaldılmasına nail olmaq lazımdır.