Gündəlik həyatınızla əlaqələndirin:
Yayda leysan yağış yağdığını və dolu düşdüyünü yəqin ki, müşahidə etmisiniz. Bu necə baş verir?
Yer səthi yaxınlığında qızan hava atmosferin yuxarı qatlarına sürətlə qalxaraq genişlənir və
nəticədə kəskin soyuyur. Ondakı su buxarı kiçik su damcıları və buz kristallarına kondensasiya
edərək “ağır” buludlar yaradır - Yer səthinin bəzi bölgələrinə leysan yağışlar yağır, dolu düşür.
- Belə atmosfer hadisəsi havanın (qazın) üzərində gedən hansı prosesin nəticəsində baş
verir?
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə sizə
qaranlıq qaldı?
- Termodinamikanın birinci qanunu hansı fundamental təbiət qanununun nəticəsidir?
- Termodinamikanın birinci qanunundan hansı mühüm nəticə çıxarmaq olar?
- Silindrin porşeni altında olan ideal qaza nə qədər istilik miqdarı vermək lazımdır ki, onun
200 C iş görməklə daxili enerjisi 100 C artsın?