• Düzxətli bərabərsürətli hərəkətin sürəti maddi nöqtənin yerdəyişməsinin həmin yerdəyişməyə sərf olunan zaman fasiləsinə nisbətinə bərabər olan sabit kəmiyyətə deyilir:
Düsturdakı 1
t nisbəti müsbət
skalyar kəmiyyət olduğundan sürət vektoru -nin
istiqaməti yerdəyişmə vektoru -in istiqaməti
ilə eyni olur. BS-də sürətin vahidi
saniyədə-metrdir:
Sürət məlumdursa, t zaman fasiləsində düzxətli bərabərsürətli hərəkətdə yerdəyişməni təyin etmək olar:
= ⋅ t. (1.2)
•Düzxətli bərabərsürətli hərəkətdə gedilən yol yerdəyişmənin moduluna bərabərdir.
l = s = v t. (1.3)
Vektorların proyeksiyaları üzərində cəbri əməllər aparmaq mümkün olduğundan, yerdəyişməni hesablamaq üçün (1.2) ifadəsində vektor olan düsturlardan yox, vektorun koordinat oxları üzərində proyeksiyaları daxil edilmiş düsturlardan istifadə edilir. Düzxətli hərəkətdə trayektoriya düz xətt olduğundan maddi nöqtənin vəziyyəti bir x koordinatı ilə təyin edilir. Maddi nöqtənin həm sürət, həm də yerdəyişmə vektorlarının bu oxa proyeksiyaları təyin olunur və tənlik proyeksiyalarla yazılaraq həll edilir. Yerdəyişmənin və sürətin OX oxu üzərindəki proyeksiyalarını (1.2) ifadəsində nəzərə alaraq yazmaq olar:
sx = vxt. (1.4)
İstənilən zaman anında maddi nöqtənin x koordinatı:
x = x0 + sx , x = x0 + vxt. (1.5)
(1.5) ifadəsi düzxətli bərabərsürətli hərəkətin tənliyidir.
Maddi nöqtə seçilən OX oxu
istiqamətində hərəkət edirsə, sürətin proyeksiyası müsbət (b),
koordinat oxunun əksinə hərəkət edirsə, sürətin proyeksiyası mənfi qəbul edilir (c).
(1.5) tənliyindən sürətin proyeksiyası təyin olunur:
Ʋx = x - x0
t .
(1.6)
(1.6) tənliyindən sürətin hansı fiziki məna daşıdığı aydın olur: sürətin ox üzərində proyeksiyasının ədədi qiyməti uyğun koordinatın vahid zamanda dəyişməsinə bərabərdir.