7.2
TERMODİNAMİKANIN BİRİNCİ QANUNU
Gündəlik həyatımızı müxtəlif məqsədli texnikasız təsəvvür etmək mümkün deyildir. Texnikanın köməyi ilə
insanlar torpağı becərir, neft, qaz, filiz və digər faydalı qazıntılar əldə edir, uzaq məsafələri
“yaxınlaşdırır” və s. Bütün texnikanın başlıca xassəsi isə onun işgörmə qabiliyyətinə malik olmasıdır.
Bu səbəbdən insanlar hələ çox qədimlərdən daim işləyə bilən
“perpetuum mobile” -
daimi mühərrik
yaratmağa çalışmışlar. Bu istiqamətdə maraqlı işlərdən biri kimi XVII əsrdə ingilis keşişi Con Vilkensin
təklif etdiyi maqnit sahəsinin təsiri ilə işləyən orijinal layihəsini göstərmək olar.
Layihənin ideyasına görə, daimi mühərrik belə işləməlidir: hündür dayaqda yerləşən kürəvi maqnitə doğru iki
mail nov bərkidilir - üstdəki nov düzxətli, aşağıdakı isə əyilmiş (
a).
Düz novun üzərində yerləşdirilən metal kürəciyi maqnit cəzb etdiyindən o, yuxarı diyirlənməyə başlayır.
Kürəcik yolunun üzərindəki
1 dəliyindən altdakı nova düşür, aşağı
diyirlənərək
2 dəliyindən yenidən üstdəki nova çıxır. Yenə də maqnit onu
yuxarı diyirləndirir - beləcə "mühərrik” daim işləyir.
- Bu “mühərrik” daim işləyəcəkmi? Nə üçün?
- Mühərrikin işləməsi üçün hansı fundamental qanun ödənilməlidir?
1
Kənardan enerji alınmadan fasiləsiz iş görülə bilərmi?
Fikri eksperiment. Fransız ixtiraçısı Denni Papen (1647-1712) daim işləyə bilən sadə hidravlik
maşının layihəsini verir. Layihəyə əsasən qabın alt hissəsi elə əyri boru formasında daraldılır
ki. borunun kiçik diametrli açıq ucu qabın geniş hissəsindən yuxarıda yerləşsin (
b).
İxtiraçının fərziyyəsinə görə, qabın geniş hissəsindəki suyun çəkisi onun dar hissəsindəki suyun
çəkisindən böyük olduğundan yaranan təzyiqlər fərqi suyu daim borunun dar ucuna doğru hərəkət
etdirəcək. Lakin Papenin bu “perpetuum mobile”si işləmədi.
Nəticənin müzakirəsi:
- İxtiraçının səhvi nədədir? Bu mühərrikdə hansı qanun nəzərə alınmayıb?
- Mexaniki işin fasiləsiz görülməsini necə təmin etmək olar?