Tətbiqetmə
Hansı prosesdə daxili enerji daha çox dəyişir?
Məsələ. Termodinamik sistemdə
p −
V diaqramında təsvir edilən proseslər getmişdir (
d). M nöqtəsindən N nöqtəsinə gedən proseslərdə sistemin enerjilərinin dəyişmələrini və görülən işləri müqayisə edin.
Nəticənin müzakirəsi:
- Termodinamik sistemin daxili enerjisinin dəyişməsi nədən asılıdır?
- Baxılan prosesin hansında sistemin daxili enerjisi daha çox dəyişmişdir? Nə üçün?
- Baxılan prosesin hansında sistemdə daha çox iş görülmüşdür? Nə üçün?
Gündəlik həyatınızla əlaqələndirin:
Sinif otağının eni 5 m, uzunluğu 10 m, hündürlüyü isə 4 m-dir. Otaqda normal atmosfer təzyiqində havanın temperaturu 20°C -dir.
- Əgər otaqdakı hava yalnız biratomlu ideal qazdan ibarətdirsə, onun daxili enerjisi nəyə
bərabər olar?
- Bu enerjiyə bərabər enerji ilə 2 ton kütləli avtomobili hansı hündürlüyə qaldırmaq olar (g=10m/san2)?
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə
qaranlıq qaldı?
- Cismin daxili enerjisini hansı makroparametrlər müəyyən edir?
- Biratomlu ideal qazın daxili enerjisi hansı makroparametrdən asılıdır?
- Termodinamik sistemdə yalnız istilik mübadiləsi baş verirsə, onun daxili enerjisinin
dəyişməsi nəyə bərabər olur?
- Nə üçün görülən mexaniki iş sistemin daxili enerjisini dəyişdirə bilir?
- İşin görülməsi prosesində termodinamik sistemin hansı makroparametrləri dəyişir?
- Nə üçün qazın gördüyü iş və xarici qüvvələrin qaz üzərində gördüyü iş işarəcə fərqlənir?