Termodinamikada iş. Əgər sistemin daxili enerjisi yalnız mexaniki işgörmə nəticəsində dəyişirsə, bu halda onun daxili enerjisi ya xarici qüvvələrin sistem üzərində gördüyü işə (A), yaxud da sistemin xarici qüvvələr üzərində gördüyü işə (A ') bərabər olur:
ΔU = A = - A'. (7.8)
● Termodinamikada iş - termodinamik sistemin daxili enerjisinin dəyişməsinin miqdar ölçüsüdür.
A' = F ⋅ Δh = pS ⋅ (h2 - h1) = p(Sh2 - Sh1)
və ya
A'= p(V2 - V1) = pΔV. (7.9)
Xarici qüvvələrin qaz üzərində gördüyü iş isə:A = - A' = -p(V2 - V1) = p(V1 - V2) = -pΔV. (7.10)
Burada F = pS — qazın porşenə təsir etdiyi qüvvə, Δh — porşenin yerdəyişməsi, p — qazın təzyiqi, S — silindrin en kəsiyinin sahəsi, ΔV — qazın həcminin dəyişməsidir. Görülən iş p — ΔV koordinat sistemində ədədi qiymətcə qrafikin əmələ gətirdiyi fiqurun sahəsinin ədədi qiymətinə bərabərdir: qaz genişlənəndə (qazın həcmi artanda) A'> 0 və A < 0; qaz sıxılanda (onun həcmi kiçiləndə) isə A' < 0 və A > 0 olur (c).