Termodinamik sistem. Fizikanın istilik hadisələrini makroskopik nöqteyi-nəzərindən öyrənən bölməsi termodinamika adlanır. Termodinamikanın əsasında böyük miqdar faktlara söykənən termodinamik qanunlar durur. Bu qanunlar “necə?” sualını izah edir, məsələn, cismə (bərk cisim, maye və ya qaza) istilik verdikdə (və ya soyutduqda) onun halı necə dəyişir, istilik öz-özünə hansı istiqamətdə və necə verilir, qaz genişləndikdə onun temperaturu necə dəyişir və s. Termodinamik tədqiqat obyekti termodinamik sistemdir.
● İstənilən makroskopik cisim və ya cisimlər sistemi termodinamik sistem adlanır. Termodinamik sistemin halı makroskopik və ya termodinamik parametrlərlə (kütlə, sıxlıq, həcm, təzyiq, temperatur) xarakterizə olunur.
Daxili enerji. Termodinamik sistemin verilmiş andaki halı və ya həmin ana uyğun
sistemin makroskopik
parametrləri ilə təyin olunan kəmiyyətlər onun hal funksiyası adlanır. Belə kəmiyyətlərdən ən
başlıcası
daxili enerjidir.
● Daxili enerji - sistemi təşkil edən zərrəciklərin müxtəlif növ hərəkətləri və qarşılıqlı təsirləri
ilə
xarakterizə olunan enerjilərin cəmidir (bax: cədvəl 7.1).
Termodinamik sistemin daxili enerjisi onun halını müəyyən edən temperatur və həcmin funksiyasıdır: U(T, V ).
Biratomlu ideal qazın daxili enerjisi. Molekulları bir atomdan ibarət olan qaz biratomlu qaz adlanır. Biratomlu qazın daxili enerjisi zərrəciklərin irəliləmə hərəkətinin orta kinetik enerjisi ilə qarşılıqlı təsir potensial enerjiləri cəminə bərabərdir: (N — zərrəciklərin sayıdır). Lakin verilmiş kütləli ideal qazın daxili enerjisi yalnız onun zərrəciklərinin xaotik hərəkətinin orta kinetik enerjisinin cəmindən ibarətdir: