6.13.
Diaqramın hansı hissəsi verilmiş kütləli ideal qazın temperaturunun azalması halına uyğundur (CD
izotermdir)?
6.14.
Sabit temperaturda ideal qazın sıxlığı zaman
keçdikcə şəkildə göstərildiyi kimi dəyişir.
Qrafikə görə qazın maksimum sıxlıqdakı
təzyiqinin, minimum sıxlıqdakı təzyiqindən
neçə dəfə böyük olduğunu təyin edin.
6.15.
Sabit təzyiqdə qazın mütləq temperaturu 6 dəfə artdıqda onun həcmi 18 ⋅ 10-3m3 olmuşdur. Qazın əvvəlki həcmini hesablayın.
6.16.
Verilmiş kütləli ideal qazın təzyiqi 2,8 dəfə artmış, həcmi isə 4 dəfə azalmışdır. Qazın mütləq temperaturu necə dəyişmişdir?
6.17.
Temperaturu 17°C, təzyiqi 4 ⋅ 10
5Pa olan havanın sıxlığını təyin edin
(Mhava = 29 ⋅ 10-3kq
mol, R = 8 C
mol ⋅ K).
6.18.
Temperaturu 27°C olan havada su buxarının konsentrasiyası 2⋅1023m-3 -dür. Su buxarının bu temperaturda təzyiqi nə qədərdir (k = 1,4⋅10-23C
K)?
6.19.
Temperaturu 15°C olan havada su buxarının sıxlığı 9,1 q
m3 havanın nisbi rütubəti isə 70%-dir. Həmin temperaturda doyan su buxarının sıxlığı nə qədərdir?
6.20.
Sabit temperaturda 200q spirt buxarı kondensasiya edərkən nə qədər istilik miqdarı ayrılar (L = 9 ⋅ 105C
kq)?
6.21.
Civə hansı radiuslu kapilyar boruda 30 sm düşər
(σ = 510 mN
m, ρ = 13,6 ⋅ 103kq
m3, g = 10 m
san2)?
6.22.
Radiusu 0,25 mm olan kapilyar boruda qalxan suyun həcmini təyin edin
( σ = 72 mN
m, ρ = 103kq
m3, g = 10 m
san2, π = 3).
6.23.
Su damcısı diametri 2 mm olan şaquli borudan düşür. Su damcısının kütləsini təyin edin (σsu = 73 mN
m).
6.24.
Pipetka ilə damcılanan 76 damcı mineral yağın kütləsi 910 mq oldu. Pipetkanın daxili divarının radiusu 1,2 mm-dir. Yağın səthi gərilmə əmsalını təyin edin.
6.25.
Monokristallarının anizotropiyası nə ilə müəyyən edilir?
6.26.
Monokristalları hansı xarici əlamətlərinə görə fərqləndirmək olar?