Ərimə temperaturuna qədər qızdırılan eyni kütləli, lakin müxtəlif maddələrdən hazırlanan kristal
cisimlərin istiliyi qəbuletmə qabiliyyətlərini xarakterizə etmək üçün xüsusi ərimə istiliyi adlanan
fiziki kəmiyyətdən istifadə olunur:
● Xüsusi ərimə istiliyi - ədədi qiymətcə kütləsi 1 kq olan kristal maddəni ərimə temperaturunda
mayeyə
çevirmək üçün sərf edilən istilik miqdarıdır.
λ = Q
m. (6.43)
λ - verilən maddənin xüsusi ərimə istiliyidir. Onun BS-də vahidi [λ] = 1 C
kq - dir.
Enerjinin saxlanması qanununa müvafiq olaraq, ərimə zamanı cismin aldığı istilik miqdarı, bərkimə
prosesində ondan ayrılan istilik miqdarına bərabərdir.
Bəzən elə hallar olur ki, bərk cisimlər maye halına keçmədən birbaşa qaz halına və ya əksinə, qaz
halından birbaşa bərk cismə çevrilmə prosesi baş verə bilir:
● Bərk cismin maye halına keçmədən qaz halına keçmə prosesi sublimasiya (bərk cismin
buxarlanması),əksinə, maddənin qaz halından maye halına keçmədən bərk cismə çevrilmə prosesi isə
desublimasiya adlanır.