Amorf cisimlər. Amorf cisimlər zərrəciklərinin uzaq düzülüşünün olmadığı ilə
xarakterizə edilir. Bu
düzülüş yalnız qonşu zərrəciklərdə gözlənildiyindən deyilir ki, amorf cisimlər - zərrəcikləri yaxın
düzülüş xassəsinə malik bərk cisimlərdir. Qatılığı yüksək olan mayelər (özlü maye) amorf bərk cismə
aid
edilə bilər.
● Amorf cisimlər - zərrəciklərinin fəzadakı düzülüşündə nizamsızlıq olan və fiziki xassələri
daxilində
götürülən istiqamətdən asılı olmayan, yəni izotrop olan bərk cisimdir. Amorf cisimlərin müəyyən
ərimə
temperaturu yoxdur — onları qızdırdıqda tədricən yumşalır və mayeyə çevrilir.
Maddələr amorf halından kristal hala və əksinə çevrilə bilər. Məsələn, şəkər kristalını əvvəlcə əridib sonra soyutduqda o, amorf sorma şəkərə (“şüşə” konfetə) çevrilir. Zaman keçdikcə isə sorma şəkərin səthində yenidən şəkər kristalları yaranmağa başlayır.
Ərimə və bərkimə, sublimasiya və desublimasiya.
● Maddənin bərk haldan maye halına keçmə prosesi ərimə, maye halından bərk halına
keçmə prosesi isə bərkimə adlanır.
● Kristal cisimlərin bərkimə prosesi kristallaşma adlanır.
Kristal cisimlərin əriməsi müəyyən ərimə temperaturunda baş verir, məsələn, volframın ərimə
temperaturu
3410°C, buzun 0°C, civənin -39°C-dir.
● Verilən kristal cismin əridiyi temperatura ərimə temperaturu və ya ərimə
nöqtəsi deyilir.
Təcrübə göstərir ki, cismi əritmək üçün onu ərimə temperaturuna qədər qızdırmaq kifayət etmir, cismə verilən istilik miqdarını davam etdirmək lazımdır. Lakin istiliyin verilməsinə baxmayaraq, kristal cisim əridikdə onun temperaturu artmır. O, tam əridikdən sonra verilən istilik mayenin temperaturunun artmasına səbəb olur (c). Kristal cismin ərimə qrafikinin AB hissəsi bərk cismin ərimə temperaturuna qədər qızmasına uyğundur; qrafikin BC hissəsi - ərimə prosesinə uyğundur, bu zaman maddə eyni zamanda həm bərk, həm də maye hallarındadır; qrafikin CD hissəsi isə mayenin qızmasına uyğundur (bax: c). Enerjinin saxlanması qanununa müvafiq olaraq verilən mayenin ərimə temperaturuna bərabər temperaturda onun bərkimə prosesi baş verir (d).
Amorf cisimlərin müəyyən ərimə və bərkimə temperaturları olmadığından, onların ərimə və bərkimə
proseslərinin temperatur-zaman qrafikləri də kristal cisimlərin uyğun qrafiklərindən fərqlənir (e).
● Cismin ərimə temperaturunda bərk haldan maye halına keçməsi üçün lazım olan istilik miqdarına
ərimə
istiliyi deyilir.