İdeal kristal cisim ixtiyari uzaqlıqda olan atom üçün kristal özəklərin fəzada periodik təkrarlanma çoxluğundan ibarətdir. Bu səbəbdən deyilir ki, kristal cisimlərdə onun zərrəciklərinin yerləşməsinin uzaq düzülüşü müşahidə olunur.
Kristal cisimlər monokristal (“mono ” - vahid) və polikristal (“poli
”- çoxlu) formasında olur.
● Monokristallar - vahid kristal mərkəzin böyüməsi nəticəsində yaranan kristallardır.
Zərrəciklərinin nizamlı düzülüşü nəticəsində monokristallar təbii müstəvi səthlərlə hüdudlanmış simmetrik həndəsi formaya malik olur (a).
Monokristallarının əsas xüsusiyyəti onların anizotrop olmalarıdır:
Təbiətdə rast gəlinən və sənayedə alınan bərk cisimlərin əksəriyyəti nizamsız düzülüşə malik kiçik
monokristal hissəciklərdən ibarətdir. Belə bərk cisimlər polikristal adlanır:
● Polikristallar - müxtəlif istiqamətlərə yönələn çoxlu sayda kristal mərkəzlərin böyüməsi və
birləşməsi
nəticəsində yaranan kristallardır.
Bütün metallar, demək olar, polikristaldır. Məsələn, təzə sınmış çuquna diqqətlə baxdıqda onun müxtəlif
istiqamətlərə yönələn və düzgün formaya malik olmayan çoxlu sayda kristal dənələrindən ibarət olduğu
görünür (b). Polikristalların hər bir kristal dənəciyi ayrılıqda
anizotropdur, lakin bu dənəciklər
nizamsız düzüldüyündən polikristallar bütövlükdə izotropdur:
● İzotropluq - fiziki xassələrin istiqamətdən asılı olmamasıdır. Məsələn, polikristalların
istidən
genişlənməsi, demək olar, bütün istiqamətlərdə eynidir.