Tətbiqetmə. Səthi gərilmə əmsalı nəyə
bərabərdir?
Məsələ. Diametri 5 sm olan halqanı mayenin səthindən qoparmaq üçün 0,016 N
qüvvə tətbiq edilirsə, bu mayenin səthi gərilmə əmsalı nəyə bərabərdir?
Nəticənin müzakirəsi:
- Mayenin səthi gərilmə əmsalı hansı düsturla təyin olunur və o nədən asılıdır?
Gündəlik həyatınızla əlaqələndirin:
Metal məmulatların (gəmilərin gövdəsi, çən, boru və s.) istismar müddətinin artırılması üçün -
mayelərin kimyəvi korroziyasından qorumaq məqsədilə onların səthi yağlı boyaq təbəqəsi ilə
örtülür.
- “Yağlı boyaq təbəqəsi metalı mayelərin kimyəvi korroziyasından qoruyur” nə deməkdir?
Bunun mayelərin səthinin xassəsi ilə nə əlaqəsi ola bilər?
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə
qaranlıq qaldı?
- “Mayenin sərbəst səthi xüsusi xassəyə malikdir” nə deməkdir?
- Mayenin səthi gərilməsi nə deməkdir? Onun fiziki mahiyyəti nədən ibarətdir?
- Maye və bərk cisimlərin molekullararası qarşılıqlı təsirləri hansı hadisələr yaradır?
- Mayenin isladan və ya islatmayan olduğunu necə müəyyən etmək olar?
- Kapilyar hadisələrin fiziki mahiyyəti nədən ibarətdir?