Kapilyar hadisələr. Gündəlik həyatımızda suyu asanlıqla özünə çəkən cisimlərlə
rastlaşır, onlardan
istifadə edirik. Dəsmal, kağız vərəq, qənd parçası, kərpic, bitkilər və s. belə cisimlərdəndir.
Cisimlərdəki bu xüsusiyyət onlarda böyük miqdarda çox kiçik borucuqların - kapilyarların mövcud
olmasıdır.
● Kapilyar - diametri 10-3m və daha kiçik tərtibdə olan kanaldır (borudur).
Verilən mayeyə batırılan kapilyara daxil olan həmin mayenin səviyyəsi onun xassəsindən (isladan və ya
islatmayan) asılı olaraq ya boru boyunca qalxır, yaxud enir:
● Kapillyarlıq - mayenin isladan (və ya islatmayan) olması nəticəsində yaranan
səthi əyriliyi ilə
əlaqədar həmin maye sütununun kapilyar boru boyunca qalxması (və ya enməsi) hadisəsidir
(j). Kapilyarda
qalxan mayeni xarakterizə edən kəmiyyətlər arasındakı asılılıqlar cədvəl 6.4-də verilmişdir.
Kapilyarda qalxan mayenin xarakteristikası |
Düsturu |
Kapilyarda mayeni qaldıran qüvvə ədədi qiymətcə ağırlıq qüvvəsinə bərabərdir. Bu səbəbdən onun çəkisi |
P = mg = Fs.g = σl = 2πr σ = πdσ. (6.38) Burada r — kapilyarın radiusu, d — kapilyarın diametridir. |
Kapilyarda qalxan mayenin kütləsi |
m = Fs.g g = 2πr σ g = πdσ g. (6.39) |
Kapilyarda qalxan mayenin |
h = 2σ ⋅ cosθ
h = 2σ Burada ρ − kapilyarda qalxan mayenin sıxlığıdır. Kapilyarda mayenin qalxma hündürlüyü mayenin növündən asılı olub, kapilyarın daxili radiusu ilə tərs mütənasibdir. |
Kapilyarda qalxan mayenin təzyiqi |
p = ρgh = ρg ⋅ 2σ ρgr = 2σ r = 4σ d. (6.42) |