Fs.g = σ ⋅ l. (6.36)
Burada Fs.g — mayenin səthi gərilmə qüvvəsi, l — mayenin sərbəst səthinin
bərk cismə toxunma sərhədinin uzunluğu, σ (siqma) — səthi gərilmə
əmsalıdır:
● Səthi gərilmə əmsalı - ədədi qiymətcə maye ilə bərk cismin vahid toxunma sərhədinin uzunluğuna
düşən səthi gərilmə qüvvəsinə bərabərdir:
σ = Fs.g
l. (6.37)
Səthi gərilmə əmsalının qiyməti mayenin növündən və temperaturundan asılıdır mayenin temperaturu artdıqda
onun səthi gərilmə əmsalı azalır və böhran temperaturunda sıfıra bərabər olur. Səthi gərilmə əmsalının
BS-də vahidi: [σ] = 1 N
m .
İsladan və islatmayan maye. Diqqətlə baxdıqda maye ilə bərk cismin sərhədində maye səthini əyilmiş formada görmək olur ki, bu da menisk adlanır.
● Menisk-mayenin bərk cismin (vəya digər mayenin) səthinə toxunması nəticəsində onun sərbəst səthinin əyilməsidir. Menisklə bərk cismin səthi arasındakı bucaq kənar bucaq adlanır.
Mayenin isladan və ya islatmayan olmasından asılı olaraq kənar bucağın [θ
(teta)] -nın
qiyməti iti və ya
kor olur:
● İsladan maye — kənar bucağı iti olan mayedir. İsladan maye ilə bərk cismin molekulları
arasındakı
cazibə xarakterli qüvvələr mayenin öz molekulları arasındakı cazibə qüvvələrindən böyük olur. Nəticədə
qabdakı mayenin sərbəst səthi çökük olur, məsələn, şüşə qabdakı su isladan mayedir (g).
● İslatmayan maye — kənar bucağı korbucaq olan mayedir. İslatmayan maye ilə bərk cismin
molekulları
arasındakı cazibə xarakterli qüvvələr mayenin öz molekulları arasındakı cazibə qüvvələrindən kiçik olur.
Nəticədə qabdakı mayenin sərbəst səthi qabarıq olur, məsələn, şüşə qabdakı civə islatmayan mayedir
(i).