Sabunlu su məhlulu ilə eksperiment
Təchizat: məftildən hazırlanmış tutqaclı halqa, qovrulmuş şəkər tozu (5-10 q),
sabun yonqarı (5-10 q), su (0,5
l ), sınaq qabları (3 ədəd 250
ml-lik), sap,
su
qızdırıcısı, iynə, kibrit.
İşin gedişi:
- Sabunlu su məhlulu hazırlayın: bunun üçün qovrulmuş şəkər tozu 100 ml suda həll
edilir.
Sabun yonqarı başqa qabda 100 ml isti suda əridilir. Hər iki məhlul bir qabda
qarışdırılır - sabunlu su məhlulu hazırdır!
- Halqaya diametri boyunca çox da tarım olmayan sap bağlayın və onu sabunlu su məhluluna
batırıb yavaşca çıxarın. Baş verən hadisəni müşahidə edin (a).
- İynənin bir ucunu qızdırın və qızdırılan hissə ilə halqadakı sapın bir tərəfindəki sabun
pərdəsini deşin. Baş verən hadisəni müşahidə edin (b).
- Halqaya kvadrat formasında dörd sap parçası bağlayıb sabunlu su məhluluna batırıb
yavaşca çıxarın. Baş verən hadisəni müşahidə edin (c).
- Qızdırılan iynə ilə halqadakı kvadrat sapın kənar hissələrindəki sabun pərdələrini deşin
və baş verən mənzərəni müşahidə edin (d).