Diqqət! Yalnız bir istiqamətdə baş verən düzxətli hərəkətdə yerdəyişmənin modulu
gedilən yola bərabərdir
(
e), qalan bütün hallarda (düzxətli hərəkətin istiqaməti dəyişdikdə,
əyrixətli hərəkətdə) gedilən yol
yerdəyişmənin modulundan böyük olur (
f).
Maddi nöqtə aralarındakı məsafə l olan M nöqtəsindən N nöqtəsinə gəlmişdir. Bu halda
gedilən
yol yerdəyişmənin moduluna bərabərdir: s = l.
Maddi nöqtə aralarındakı məsafə l olan M nöqtəsindən N nöqtəsinə gəlmiş, sonra isə həmin
xətt üzrə geriyə, M nöqtəsinə qayıtmışdır. Bu halda nöqtənin getdiyi yol 2l olduğu
halda, onun yerdəyişməsinin modulu sıfıra bərabərdir:
2
Tətbiqetmə
Yol və yerdəyişmə eyni kəmiyyətlərdirmi?
Məsələ. Velosipedçi radiusu 80 m olan dairəvi velotrekdə
hərəkət edir. O,
A nöqtəsindən start götürür. Velosipedçinin
B nöqtəsində ilk olduğu ana uyğun gedilən
yolu və yerdəyişməni təyin edin (
g).
Verilir: |
Həlli |
Hesablanması |
r=80m
l1-?
s1-?
|
Gedilən yol l1 qövsünün uzunluğuna bərabərdir: l1
= πr.
Yerdəyişmənin modulu isə çevrənin diametrinə bərabərdir: s1 =
D = 2r.
|
l1 = 3,14 ⋅ 80 m = 251,2 m,
s1 = 2 ⋅ 80 m = 160 m.
|
Nəticənin müzakirəsi:
- Yol və yerdəyişmənin fərqi nədir?
- Velosipedçi A nöqtəsindən C nöqtəsinə gəldikdə gedilən
yol və yerdəyişmənin modulu nəyə
bərabərdir?
- Velosipedçi bir tam dövr etdikdən sonra yenə A nöqtəsinə gələrsə, onun getdiyi yol və
yerdəyişmənin modulu nəyə bərabər olar?
Gündəlik həyatınızla əlaqələndirin:
- Eyvandan atılan top (A nöqtəsi) B nöqtəsində yerə
düşür. Onun
getdiyi yol və yerdəyişməni sxematik göstərə bilərsinizmi (h)?
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə
qaranlıq
qaldı?
- Gedilən yol yerdəyişmənin moduluna hansı halda bərabər ola bilər? Misal göstərin.
- Gedilən yol sıfıra bərabər ola bilərmi? Niyə?
- Hərəkətdə olan cismin yerdəyişməsinin modulu sıfıra bərabər ola
bilərmi? Niyə? Misal göstərin.
- Vektorların ( vektorları) cəmi üçbucaq
qaydası ilə
necə təyin edilir (i)? Bu vektorların cəmi
paraleloqram
qaydası ilə necə təyin edilir? Uyğun qaydaları sxematik təsvir edin.
NƏ ÖYRƏNDİNİZ?
Qeyd olunan fiziki anlayış və kəmiyyətlərə tərif verin:
“trayektoriya”, “gedilən yol”,
“yerdəyişmə”, “skalyar kəmiyyət”, “vektorial kəmiyyət”.