φ = pp
p0 ⋅ 100% (6.35)
Əgər verilən temperaturda havadakı su buxarının parsial təzyiqi həmin temperaturda doyan buxarın təzyiqinə bərabər olarsa, deyilir ki, hava su buxarı ilə doyubdur. Əgər verilən temperaturda havadakı su buxarının sıxlığı həmin temperaturda doyan su buxarının sıxlığından böyükdürsə, bu halda deyilir ki, havadakı su buxarı ifrat doyan halındadır. Belə hal qeyri tarazlıq halı olub buxarın kondensasiyası ilə nəticələnir.
Havadakı su buxarının izobar soyuması nəticəsində doyan buxara çevrildiyi temperatur şeh nöqtəsi adlanır.
Havanın temperaturu şeh nöqtəsindən aşağı düşdükdə su buxarının kondensasiyası baş verir. Məsələn, fərz edək ki, gündüz havanın temperaturu t1 = 32°C, havadakı su buxarının sıxlığı isə ρb = 20,5 q/m3 olmuşdur. Gecə havanın temperaturu t2 = 18°C, həmin temperaturda doyan su buxarının sıxlığı isə ρ0 = 10,2 q/m3 oldu. Deməli, artıq buxar kondensasiya edir - şeh düşür.
Nisbi rütubət 50% olan hansı hava daha çox rütubətlidir: temperaturu 25°C olan isti hava, yoxsa temperaturu -25oC olan soyuq hava? Niyə?
NƏ ÖYRƏNDİNİZ?
Qeyd olunan anlayış və müddəaların tərif və düsturlarını iş vərəqinə yazın: “rütubətli hava ”,
“mütləq
rütubət”, “nisbi rütubət (sıxlığa görə) ", “nisbi rütubət (təzyiqə görə) ” “ifrat doyan buxar", “şeh
nöqtəsi”.