Tətbiqetmə.
Buxarın kütlələrini müqayisə edin.
Məsələ. Sabit həcmdə su buxarının təzyiqinin temperaturdan asılılıq qrafikində
1, 2 və 3 nöqtələrində buxarın kütlələrini müqayisə edin (bax:
f).
Nəticənin müzakirəsi:
- Sabit həcmdə su buxarının təzyiqinin temperaturdan asılılıq qrafikinin 1-2 və 2-3
hissələrində buxarın kütləsi necə dəyişir? Nə üçün?
Gündəlik həyatınızla əlaqələndirin:
Niyə tərkibində efir yağları olan dərman bitkiləri (limonotu, kəklikotu, nanə, şüyüd) 30-
35°C-dən çox olmayan temperaturda yavaş-yavaş qurudulur?
Limonotu
Kəklikotu
Nanə
Şüyüd
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə
qaranlıq qaldı?
- Mayenin qaz halına və əksinə çevrilməsini hansı proses xarakterizə edir?
- Yelpiyin “vəzifəsi” nədir?
- Hansı buxar doyandır? Nə üçün?
- Doyan buxar xassəcə doymayan buxardan nə ilə fərqlənir?
- Doymayan buxarı doyan buxara hansı üsullarla çevirmək olar?
- Doyan buxarı doymayan buxara hansı üsullarla çevirmək olar?