L = Q
m. (6.31)
Burada L - xüsusi buxarlanma istiliyi, Q - buxarlanma istiliyidir. Xüsusi buxarlanma istiliyinin BS-də vahidi:
[L] = 1 C
kq = 1 m2
san2
Q = Lm (6.32)
Təbii proseslərdən biri də buxarlanmanın əks prosesidir. Kondensasiya adlanan prosesdə buxar
mayeyə
çevrilir:
● Kondensasiya - buxarın mayeyə çevrilmə prosesidir. Kondensasiya edən buxar ətraf mühitə Q = Lm
qədər
istilik verir. Kondensasiya nəticəsində maye buxarlanmaya sərf etdiyi qədər istilik alır.
Doyan və doymayan buxar. Sıxlığının və təzyiqinin temperaturdan asılılıq xarakterinə
görə buxar doyan və
doymayan ola bilir.
● Doyan buxar — öz mayesi ilə dinamik tarazlıqda olan buxardır. Maye ilə onun
buxarı arasında dinamik tarazlıq o zaman yaranır ki, mayenin sərbəst səthini tərk
edən molekulların sayı mayeyə qayıdan molekulların sayına bərabər olsun. Doyan
buxar qapalı qabda olan mayenin sərbəst səthinin üzərində də yarana bilir.
Qabın ağzı açıq olduqda isə maye səthini tərk edən molekulların bir hissəsi mayeyə qayıtmır, dinamik
tarazlıq pozulur və buxar doymayan hala keçir.
● Doymayan buxar - öz mayesi ilə dinamik tarazlıqda olmayan buxardır.
Doyan buxarın xassələri:
- sabit temperaturda doyan buxarın təzyiqi, sıxlığı və konsentrasiyası həcmdən asılı deyil - doyan buxar Boyl-Mariott qanununa tabe deyil (a);
- doyan buxarın təzyiqi, sıxlığı və konsentrasiyası temperatur yüksəldikcə kəskin artır - doyan buxar Şarl qanununa tabe deyil. Bu ondan irəli gəlir ki, doyan buxarın təzyiqi yalnız temperaturun yüksəlməsi ilə deyil, eyni zamanda buxarın molekullarının konsentrasiyasının (sıxlığının) artması hesabına artır:( p = nkT ifadəsinə əsasən) (b).
Doymayan buxarın xassələri:
a) sabit temperaturda verilən kütləli doymayan buxarın təzyiqi və sıxlığı onun həcmindən tərs mütənasib asılıdır - doymayan buxar üçün Boyl-Mariott qanunu ödənilir (c);