Şarl qanunu. Bu qanunu 1787-ci ildə fransız fiziki Şarl Jak Aleksandr Sezar (1746-1823)
təcrübi olaraq müəyyənləşdirmişdir:
● Sabit həcmdə verilmiş kütləli ideal qazın təzyiqinin onun mütləq temperaturuna nisbəti sabitdir (V
= const, m = const):
p
T = mR
M ⋅ 1
V = const (6.26)
p1
T1 = p2
T2 (6.27)
p - p0
p0 = βt → p = p0(1 +
βt) (6.28)
Burada p0 — verilən ideal qazın sabit həcmdə başlanğıc haldakı
(t0 —
temperaturunda) təzyiqi, p — son
haldakı (t — temperaturunda) təzyiqi, β — təzyiqin dəyişmə əmsalıdır. Hesablamalardan
müəyyən
edilmişdir ki, başlanğıc temperaturu 0°C olan bütün seyrəldilmiş qazları 1K (1°C) qızdırdıqda
onlar öz
təzyiqlərini başlanğıc haldakı təzyiqlərinin 1
273 hissəsi qədər
dəyişir:
β = p100 - p0
100°C ⋅ p0 ≈ 1
273 1
°C = 1
273 1
K. (6.29)
● Sabit həcmdə (V=const) ideal qazın halının dəyişmə prosesi izoxorik proses adlanır (d). İzoxorik prosesdə verilmiş kütləli ideal qazın təzyiqi onun temperaturundan düz mütənasib asılıdır.
Dalton qanunu. Bu qanunu 1801-ci ildə ingilis tədqiqatçısı Con Dalton (1766-1844)
müəyyən etmişdir:
● Kimyəvi qarşılıqlı təsirdə olmayan ideal qaz qarışığının təzyiqi qarışığı təşkil edən
qazların parsial təzyiqlərinin cəminə bərabərdir:
p = p1 +p2 + ··· + pn . (6.30)
● Parsial təzyiq — qaz qarışığında ayrıca götürülmüş qazın təzyiqidir.
Avoqadro qanunu. Bu qanun 1811 -ci ildə italyan fiziki Amedeo Avoqadro (1776- 1856)
tərəfindən fərziyyə kimi müəyyən edilmişdir. Fərziyyə, sonralar çoxsaylı təcrübələrlə
təsdiqlənmişdir.
● Eyni temperatur və təzyiqdə həcmləri bərabər olan qazların molekullarının sayı eynidir, məsələn,
istənilən qazın 1 molundakı molekulların sayı NA = 6,02 ⋅ 1023
mol-1 qədərdir.