Tətbiqetmə
İdeal qazın hal tənliyini tətbiq etməyi bacarırıqmı?
Məsələ. Hidrogen qazı doldurulan ağzıbağlı meteoroloji şar temperaturu 0°C
olan hündürlüyə qalxdı. Bu zaman şarın daxilində təzyiq 1,5 10
5 Pa
olarsa, hidrogenin sıxlığını təyin edin.
Nəticənin müzakirəsi:
- Verilən şərtlərə əsasən meteoroloji balondakı qazın sıxlığını necə təyin etmək olar?
Gündəlik həyatınızla əlaqələndirin:
- İdeal qazın hal tənliyini nə üçün bilmək lazımdır?
Aşağıdakı cavablardan hansını (və ya hansıları) seçərdiniz?
- Hal tənliyi imkan verir ki, qazın halını xarakterizə edən məlum iki parametrə görə
üçüncü parametr, məsələn, temperatur, təyin edilsin. Bu məsələn, termometrdə tətbiq
olunur.
- Hal tənliyi müəyyən xarici şəraitdə sistemdə müxtəlif proseslərin gedişatını müəyyən
etməyə imkan verir. Məsələn, sabit temperaturda qazın həcmini artıranda onun təzyiqi
necə dəyişəcəkdir, və s.
- Hal tənliyini bilmək imkan verir ki, bizi əhatə edən sistemin halının dəyişmə
qanunauyğunluğunu müəyyən edə bilək.
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə
qaranlıq qaldı?
- İdeal qazın hal tənliyi nəyi müəyyən edir?
- Hansı hadisələrin araşdırılmasında hal tənliyindən istifadə olunur?
- Qazın hansı parametrləri arasındakı asılılıq Mendeleyev-Klapeyron tənliyi adlanır?
- Verilmiş kütləli qaz bir haldan digərinə keçdikdə onun təzyiqi azaldı, temperaturu isə
artdı. Qazın həcmi necə dəyişdi?
- Universal qaz sabitinin fiziki mənası nədir?