Ona görə də, həm
Kelvin, həm də
Selsi şkalalarında temperaturlar fərqi eynidir:
ΔT = Δt (c).
Temperatur - molekulların orta kinetik enerjisinin ölçüsüdür. Həqiqətən, (6.4) və (6.9)
ifadələrinin müqayisəsindən alınır ki, ideal qazın (və ya seyrəldilmiş qaz) makroskopik parametri olan
mütləq
temperatur onun mikroskopik parametri olan molekulların orta kinetik enerjisi ilə əlaqədardır:
● Qaz molekulunun irəliləmə xaotik hərəkətinin orta kinetik enerjisi mütləq temperaturdan düz mütənasib
asılıdır.
(6.12)
(6.12) düsturundan temperaturun fiziki mənası aydın olur:
Temperatur — cismin molekullarının xaotik irəliləmə hərəkətinin orta kinetik enerjisinin
ölçüsüdür.
(6.12) ifadəsi mayelər və bərk cisimlər üçün də ödənilir. Düsturdan görünür ki, mütləq sıfır temperaturunda molekulların irəliləmə hərəkətlərinin orta kinetik enerjisi, beləliklə, orta kvadratik sürətləri sıfra bərabərdir.
Molekulların orta kvadratik sürəti. (6.1), (6.3) və (6.5) düsturlarından molekulların
orta kvadratik sürətlərini MKN baxımından hesablamaq olar:
2
Tətbiqetmə
Temperatur nə qədər artar?
Məsələ. İdeal qazın temperaturu 373K-dır. Onu qızdırdıqda molekulların orta
kinetik enerjisi 3 dəfə artarsa, qazın temperaturu nə qədər artar?
Nəticənin müzakirəsi:
- İdeal qazın temperaturu ilə onun molekullarının orta kinetik enerjisi arasında hansı
münasibət var?
- Orta kinetik enerjisi 3 dəfə artan qazın temperaturu necə dəyişdi?
Gündəlik həyatınızla əlaqələndirin:
- Qarışqanın temperaturunu adi termometrlə necə ölçmək olar?
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə
qaranlıq qaldı?
- Temperatur nəyi xarakterizə edir?
- İstilik tarazlığı nədir? İstilik tarazlığında olan cisimlərin temperaturları haqqında nə
demək olar?
- Mütləq sıfır temperaturunun fiziki mənası nədir?
- Kelvin şkalasında hansı temperatur —73°C-yə uyğundur?
- “Temperatur” anlayışının xəritəsini qurun.
NƏ ÖYRƏNDİNİZ?
Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın:
"İstilik tarazlığı ”, "Temperatur”,
"Mütləq temperatur”, "Temperaturun Kelvin və Selsi şkalaları arasında əlaqə”, "Temperaturun fiziki
mahiyyəti”.