Burada
θ(teta) — sabit kəmiyyət olub ideal qaza yaxın olan seyrəldilmiş bütün qazlar üçün yalnız
temperaturdan asılıdır:
θ = kT. (6.7)
Burada
T- mütləq temperatur,
k - mütənasiblik əmsalı olub
Bolsman sabiti adlanır
-
Avstriya fiziki Lüdviq
Bolsmanın şərəfinə (1844—1906). Təcrübi olaraq müəyyən edilmişdir ki, Bolsman sabiti:
k = 1,38 ⋅ 10 -23 C
K. (6.8)
Bolsman sabiti enerji vahidi ilə ölçülən
θ temperaturunu Kelvinlə ölçülən T mütləq temperaturu ilə
əlaqələndirir.
(6.6) və (6.7) ifadələrindən ideal qazın təzyiqi üçün alınır:
p = nkT. (6.9)
Temperaturu ölçmək üçün Kelvin şkalasından istifadə olunursa, onun qiyməti
(6.9) ifadəsindən təyin edilə bilər:
T = p
nk. (6.10)
(6.10) düsturu maddənin (qazın) növündən asılı olmayan yeni temperatur şkalasının yaradılmasına imkan verdi.
Mütləq temperatur şkalası adlandırılan belə temperatur şkalasını 1848-ci ildə ingilis fiziki Uilyam
Tomson
(1824−1907) təklif etdi.
O, fizika
elmi sahəsindəki xidmətlərinə görə 1892-ci ildə
lord Kelvin titulu ilə təltif edilmişdir. Buna görə
də onun
təklif etdiyi temperatur şkalası
Kelvin şkalası adlanır. Kelvin şkalasında sıfır nöqtəsi -
mütləq
sıfır
temperaturu nəzəri mümkün olabilən ən aşağı temperaturdur. Bu şkalaya görə buzun ərimə temperaturu
T0 =
273,15
K-dir.
Temperaturların Selsi şkalası ilə Kelvin şkalaları arasında münasibət:
T = t + 273,15 .
Hesablamalarda bu əlaqə sadə şəkildə belə yazılır:
T= t + 273. (6.11)
Mütləq temperaturun BS-də vahidi əsas vahid olub Kelvindir (İK): [T ] = 1K.
Temperaturun Kelvin
şkalasında 1K dəyişməsi onun Selsi şkalasında da 1°C dəyişməsinə uyğundur.