Sistemin istilik tarazlığı temperaturla xarakterizə olunur.
● Temperatur - makroskopik sistemin istilik tarazlığını xarakterizə edən kəmiyyətdir: istilik
tarazlığında sistemin bütün hissələrinin temperaturu eynidir.
Temperaturun keyfiyyət və kəmiyyətcə müəyyənləşdirilməsi elə fiziki kəmiyyətə
əsaslanmalıdır ki, o, birincisi, cismin halını xarakterizə etsin, ikincisi, istilik tarazlığında
olan bütün cisimlər üçün eyni olsun. Belə kəmiyyət maddə molekullarının irəliləmə
hərəkətinin orta kinetik enerjisidir. Həmin enerjini xaotik hərəkətdə olan biratomlu
ideal qaz molekulları üçün asanlıqla təyin etmək olur.
Bu məqsədlə belə bir maraqlı eksperiment qoyulmuşdur: manometrlə (təzyiq ölçən cihaz) təchiz edilən
müxtəlif həcmli üç balona müxtəlif qaz, məsələn, arqon, neon və helium qazı doldurulur. Balonlar əvvəlcə
əriməkdə olan buzda (t0 = 0°C), sonra isə qaynayan suda (t = 100°C)
saxlanılır (b). Aparılan ölçmələrdən məlum olur ki, istilik tarazlığının hər iki
halında (həm 0°C, həm də 100°C
temperaturunda) təzyiq və zərrəciklərin konsentrasiyasının müxtəlif olmasına baxmayaraq,
pV
N
- ə nisbəti bütün balonlarda, demək olar ki, sabit qalır:
t = 0°C - də → p1V1
N1
= p2V2
N3=p3V3
N3
= 3,76 ⋅ 10-21N
⋅ m = 3,76 ⋅ 10-21C,
t = 100°C - də → p1V1
N1
=
p2V2
N3=p3V3
N3
= 5,14 ⋅
10-21N ⋅ m = 5,14 ⋅ 10-21C.
Burada V
N
= 1
n olduğu
nəzərə alınarsa, istilik tarazlığında qazın təzyiqinin onun
molekullarının konsentrasiyasına nisbətinin enerji vahidi coulla ölçülən sabit kəmiyyətə bərabər olduğu
alınar:
p
n
= θ. (6.6)