Tətbiqetmə
Qaz atomlarının orta kinetik enerjisini təyin edin
Məsələ. Günəşin görünən atmosferi - fotosferi, demək olar, hidrogen qazından
ibarətdir. Fotosferdəki hidrogen qazı atomlarının konsentrasiyası təqribən
n = 1,6 ⋅ 10
21m-3, təzyiqi isə
p = 1,25 ⋅
10
2Pa-dır. Fotosferdəki hidrogen qazını ideal qaz qəbul etsək,
onun atomlarının irəliləmə hərəkətinin orta kinetik enerjisi nəyə bərabər olar?
Nəticənin müzakirəsi:
- İdeal qaz molekullarının (atomlarının) irəliləmə hərəkətinin orta kinetik enerjisi ilə
onların təzyiqi arasında hansı əlaqə vardır?
Gündəlik həyatınızla əlaqələndirin:
Fərz edək ki, bizi əhatə edən hava eyni molekullardan ibarətdir. Bu molekullar normal şəraitdə
hansı orta kvadratik sürətlə bizə zərbələr endirir? Normal şəraitdə havanın təzyiqi 10
5Pa, sıxlığı 1,29
kq/m3-dır.
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə
qaranlıq qaldı?
- Qaz təzyiqinin mövcudluğunu MKN necə izah edir?
- Qaz hansı şərtlər daxilində ideal qaz adlandırıla bilər?
- Qazın mikroskopik və makroskopik parametrləri nəyi xarakterizə edir?
- Nə üçün ideal qazın təzyiq düsturu MKN-in əsas tənliyi adlanır?
- “İdeal qaz” anlayışının xəritəsini qurun.