Maddənin nisbi molekul kütləsi |
Maddənin nisbi molekul (və ya atom) kütləsi - həmin maddənin molekulunun m0
kütləsinin karbon atomu kütləsinin 1/12-nə olan nisbətinə deyilir:
Nisbi molekul kütləsinin vahidi yoxdur. |
Maddə miqdarı | Cisimdəki maddə miqdarı (v) - ondakı molekulların və ya atomların nisbi sayının avoqadro
ədədinə
olan nisbətinə deyilir: v = N NA. N — verilən maddədəki molekulların sayıdır. Maddə miqdarının BS-də vahidi moldur (1mol): [v] = 1mol. Mol (1 mol) - kütləsi 0,012 kq olan karbon atomlarının sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarıdır. |
Avoqadro ədədi | Avoqadro ədədi (sabiti) - istənilən maddənin bir molunda olan molekulların (vəya atomların) sayıdır:NA — 6,02 ⋅ 10 23mol -1 . |
Molyar kütlə |
Molyar kütlə - maddənin bir molunun kütləsinə deyilir: M = m0 ⋅ NA. Molyar kütlənin BS-də vahidi molda kiloqramdır (1 kq mol): [M] = 1 kq mol.
Maddənin bir molekulunun kütləsi: m0 = M
İstənilən maddənin m kütləsi: m = m0 ⋅ N → N = m
v = m |
Maddədəki molekulların sayı |
Kütləsi m, molyar kütləsi M olan istənilən maddədəki molekulların sayı:
N = v ⋅ NA = m |
Quba-Qonaqkənd yolunun Təhgəaltı hissəsində, Vəlvələ çayının sahilində yüksələn qayalıqlar silsiləsinin vahiməli görünüşü səyahətçiləri həqiqətən vəlvələyə salır. Günəşin, yağışın, rütubətin təsiri nəticəsində nəhəng dağ süxurlarında dərin çatlar yaranmış, bir çox hissədə isə iri daşlar parçalanaraq bir-birinin üzərinə yığılmış qayalıqlar silsiləsi əmələ gətirmişdir. Müşahidəçiyə elə gəlir ki, kiçik bir tərpənişdən bu qayalar dərhal dağılacaqlar. Odur ki, hamı yolun bu dar hissəsini sürətlə və səssizcə keçib getməyə çalışır.
Nəticənin müzakirəsi.
• Temperatur dəyişməsi ilə dağ süxurları niyə çatlayır və sınır?
• Süxurların molekulları arasındakı məsafə temperaturdan asılı olaraq necə dəyişir?