III müddəa: maddə zərrəcikləri bir-biri ilə qarşılıqlı təsirdədir - onlar arasında cazibə və itələmə xarakterli qüvvələr mövcuddur.
Bu müddəanı cisimlərin deformasiyası zamanı elastiklik qüvvələrinin yaranması təsdiqlədi.
Həmin qüvvələr yaxına təsir xarakterlidir, elektromaqnit təbiətlidir və zərrəciklər arasındakı məsafədən
kəskin asılıdır. Məsələn, müəyyən edilmişdir ki, molekullar arasındakı cazibə xarakterli qüvvələr onlar
arasındakı məsafənin
1
r7 nisbəti, itələmə
xarakterli qüvvələr isə onlar
arasındakı məsafənin 1
r9 nisbəti ilə mütənasibdir.
Bu qüvvələrin əvəzləyicisi molekulun diametrindən 2-3 dəfə böyük olan məsafədə [r ≥ (4 ÷ 6)r0]
və molekulların diametrinə bərabər olan məsafədə (r = 2r0), demək olar,
sıfıra bərabərdir
(d).
Atom və molekulların xarakteristikası. Atom və molekulların xarakteristikaları sizə məlumdur (bax: Kimya - 8): onlar xətti ölçüsü, nisbi kütləsi, vahid həcmdəki sayı, maddə miqdarı və s. (bax: cədvəl 6.1).
Cədvəl 6.1Zərrəciyin xarakteristikası | İfadə olunur |
Atom kütlə vahidi (a.k.v) |
Atom kütlə vahidi (a.kv.) - 612C
izotopunun kütləsinin 1/12 hissəsinə
deyilir.
1 a. k.v. = 1 |