6.1
MOLEKULYAR-KİNETİK NƏZƏRİYYƏ
VƏ ONUN ƏSAS MÜDDƏALARI
Yəqin ki, evinizdə, sinif otağında bəzən pəncərədən düşən Günəş şüasında toz dənəciklərinin havada asılmış
mənzərəsini müşahidə etmisiniz.
- Nə üçün toz dənəcikləri Yerə düşməyərək uzun müddət havada asılmış vəziyyətdə qalır?
Məlumdur ki, nəfəs aldığımız hava müxtəlif sıxlıqlı qazlardan - azotdan (
N2), oksigendən
(
O2), karbon
qazından (
CO2) və digər qarışıqlardan ibarətdir. Bu qazlar sıxlıqlarına və onlara təsir
edən ağırlıq
qüvvəsinə görə bir-birinin üzərində ardıcıl təbəqələrlə yerləşməli idi: ən ağırı - karbon qazı Yer səthinə
yaxın, onun üzərində -
O2, daha yuxarıda isə:
N2.
Lakin bu baş vermir - bizi qaz qarışığı əhatə edir.
- Yer atmosferində müxtəlif qazların möcüzəli şəkildə qarışmasının səbəbi
nədir?
1
Cisimlər nə üçün bir-birinə “ilişdi”?
I təcrübə
Təchizat: qarmaqla təchiz edilmiş qurğuşun silindrlər (2 əd.), yüklər dəsti,
mufta və çubuğu olan ştativ.
İşin gedişi.
- İki qurğuşun silindrin yenicə yonqarlanan səthlərini bir-birinə sıxmaqla yapışmalarına
nail olun. Silindrləri ştativdən asın.
- Silindrin aşağı qarmağından onlar qopana qədər yüklər asın. Onlar bir neçə kiloqrama
qədər ağırlığa davam gətirir (a).
Nəticənin müzakirəsi:
- Araşdırmadan hansı nəticəyə gəlmək olar?
II təcrübə
Təchizat: səthinə qarmaq bərkidilmiş şüşə lövhə, yay, içərisində su olan stəkan, mufta
və çubuğu olan
ştativ.
İşin gedişi.
- Bir ucuna şüşə lövhə bərkidilən yayı ştativdən asın.
- İçərisində su olan stəkanı lövhəyə elə yaxınlaşdırın ki, lövhənin alt səthi suya toxunsun.
Stəkanı aşağı dartmaqla lövhəni sudan qopartmağa çalışın (b).
Nəticənin müzakirəsi:
- Təcrübədə maraqlı nə müşahidə olundu?
- Lövhənin suyun səthinə yapışmasının səbəbini necə
izah etmək olar?
Molekulyar-kinetik nəzəriyyə (MKN). Biz və bizi əhatə edən aləm makroskopik
cisimlər sistemidir.
● Makroskopik cisim - böyük miqdar atom və molekullardan təşkil olunan cisimdir.