Günəş və digər ulduzların fasiləsiz şüalanması - onların fasiləsiz enerji və kütlə itkisinə məruz qalmaları deməkdir. Aparılan hesablamalardan müəyyən edilmişdir ki, Günəş şüalanmaqla hər saniyədə kütləsini 4 000 000 t azaldır.
E = E0 + Ek = mc2 + Ek. (5.3)
Eynşteyn müəyyən etmişdir ki, v ≤ c sürəti ilə hərəkət edən və digər zərrəciklərlə qarşılıqlı təsirdə olmayan zərrəciyin tam enerjisi bir ətalət hesablama sistemindən digərinə keçdikdə relyativistik çevrilməyə məruz qalır:
Əgər cisim sükunətdə olarsa: v = 0, (5.4) ifadəsindən alınır ki, cisim E0 =
mc2 sükunət enerjisinə malikdir.
Relyativistik mexanikada kinetik enerji. Cismin kinetik enerjisi onun tam və
sükunət enerjilərinin fərqinə bərabərdir:
Ek = E - E0 = E - mc2. (5.5)
Burada tam enerjinin əvəzinə (5.4) ifadəsini yazsaq, alarıq:E2 = m2c4 + p2c2 (5.8)
və ya
E2 − p2c2 = m2c4. (5.9)
Bu münasibət bütün ətalət hesablama sistemlərində ödənilir. Bir ətalət hesablama sistemindən digərinə keçəndə tam enerji və impuls dəyişir, lakin E 2− p2c2 fərqi dəyişmir. Əgər kütlə sıfıra bərabər olarsa (m = 0), (5.9) -dan alınır:E2 = p2c2 → E = pc. (5.10)
(5.4) və (5.7) düsturlarından zərrəciyin tam enerjisi ilə onun impulsu arasında belə bir mütənasib olduğu alınır:
E
c2 = p
v. (5.11)