Tətbiqetmə
Maddi nöqtənin koordinatlarını təyin edin.
Məsələ 2: Şəkildə markerin lövhədə hərəkəti təsvir edilmişdir (
d). Markerin hərəkətə gətirildiyi
t
0 = 0 anında olduğu A nöqtəsinin, t
1 = 2
san anında olduğu B
nöqtəsinin və
t
3 = 4 san anında
olduğu C nöqtəsinin koordinatlarını təyin edin.
Nəticənin müzakirəsi:
• Markerin lövhədə mexaniki hərəkətini təsvir etmək üçün nəyi bilmək lazımdır?
• Markerin zamanın üç müxtəlif anında hansı koordinatlarını təyin etdiniz?
Gündəlik həyatınızla əlaqələndirin:
• Gündəlik həyatda rast gəldiyiniz irəliləmə hərəkətinə nümunələr gətirə bilərsinizmi?
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə
qaranlıq qaldı?
- Eyni cismi onun hərəkətinin hansı halında maddi nöqtə qəbul etmək olar, hansı halında
isə olmaz? Niyə?
- Hesablama sisteminin tətbiqi hansı zərurətdən irəli gəlir?
- Cismin fəzada, məsələn, səmada uçan quşun vəziyyəti neçə ölçülü koordinat sisteminə
nəzərən öyrənilməlidir?