XX əsrin əvvəllərində klassik nisbilik prinsipi və ondan çıxan nəticələr yenidən araşdırılmağa başlandı,
işıq sürətinə yaxın sürətlə hərəkət edən ətalət sistemlərində fəza, zaman və digər fiziki kəmiyyətlər
arasında H.Lorens çevrilmələri adlı əlaqə düsturları müəyyən edildi.
A.Eynşteyn bu sahədə aparılan bütün araşdırmaları ümumiləşdirərək 1905-ci ildə
yeni nəzəriyyə -
“Xüsusi nisbilik nəzəriyyəsi”ni (XNN) formalaşdırmaqla
relyativistik
mexanikanın nəzəri əsasını qoydu.
● Relyativistik mexanika - işıq sürəti ilə müqayisə olunan sistemlərdə mexanika qanunlarını öyrənən
fizika
bölməsidir. Eynşteyn riyazi hesablamalarla sübut etdi ki, klassik mexanikanın mütləq qəbul etdiyi
fundamental anlayışlar nisbidir (kütlədən başqa) və bu
nisbilik hərəkət edən sistemdən, tərpənməz sistemə keçdikdə Lorensin müəyyənləşdirdiyi
universal vurğuya uyğun çevrilməyə məruz qalır (bax: cədvəl 5.1).
XNN-nin əsası iki postulatdan ibarətdir:
● I postulat: təbiətin bütün qanunları bütün ətalət hesablama sistemlərində eynidir və heç bir
fiziki
təcrübə ilə ətalət sistemlərini bir-birindən fərqləndirmək olmaz.
● II postulat: işığın vakuumda yayılma sürəti bütün ətalət hesablama sistemlərində eynidir və o,
işıq
mənbəyinin və işıq qəbuledicisinin sürətindən asılı deyildir. İşıq sürəti təbiətdə mövcud olan
maksimal
sürətdir.
Cədvəl 5.1
Burada:
- ştrixsiz kəmiyyətlər verilən hadisənin tərpənməz K hesablama sistemində baş
verməsini
xarakterizə edir;
- ştrixli kəmiyyətlər isə həmin hadisənin K sisteminə nəzərən sürəti ilə hərəkət edən K' hesablama
sistemində baş verməsini xarakterizə edir;
- c — işıq sürətidir, o, klassik təsəvvürlərə görə sonsuz, relyativistik
mexanikada sonlu
qiymətə malikdir.
|
|
Qaliley çevrilməsi |
Lorens çevrilməsi |
Düz çevrilmə |
Əks çevrilmə |
Düz çevrilmə |
Əks çevrilmə |
x'= x − ut
|
x = x'+ u t
|
|
|
y' = y |
y = y' |
y' =y |
y' =y |
z' = z |
z = z' |
z' = z |
z' = z |
t'= t |
t = t' |
|
|