RELYATİVİSTİK MEXANİKA
2050-ci ildir. Bakıda iki əkiz qardaş yaşayır: Fərid və Azər. Onların 22 yaşları var. Günlərin birində Fərid qardaşı Azərlə vidalaşıb uzunmüddətli beynəlxalq kosmik səyahətə çıxır. Onun raketi ʋ = 0,99c sürətilə kosmosda səyahət edərək kosmik gəmidəki saata görə 8 ildən sonra Yerə qayıdır. Kosmik səyahətdən qayıdan Fərid əkiz qardaşı ilə görüşdükdə məlum oldu ki, onlardan birinin 30 yaşı, digərinin isə artıq 79 yaşı var.