4.14.
Şəkildə harmonik rəqs edən nöqtənin yerdəyişmə-zaman qrafiki verilmişdir. Nöqtənin bir tam rəqs müddətində getdiyi yolu təyin edin.
4.15.
Şəkildə harmonik rəqs edən nöqtənin yerdəyişmə-zaman qrafiki verilmişdir. Nöqtənin 9 san-müddətində getdiyi yolu təyin edin.
4.16.
Dalğa qrafikinə əsasən onun dalğa uzunluğunu, periodunu və tezliyini təyin edin. Dalğanın yayılma sürəti 240 m/san-dir.
4.17.
Səs dalğasının havada yayılma sürəti 340 m/s, suda isə - 1450 m/s-dir. Səs havadan suya keçdikdə onun dalğa uzunluğu nə qədər fərqlənəcək? (İpucu. Dalğa bir mühitdən digərinə keçdikdə onun rəqs tezliyi dəyişmir, deməli, rəqs periodu da sabit qalır: vh = vsu; Th = Tsu).
4.18.
Dəniz dalğası 30 san-də 15 dəfə sahilə çırpılır. Dalğanın yayılma sürəti 4 m/san-dir. Dalğa uzunluğunu təyin edin.
4.19.
Rəqs sistemi x = 7cos4πt (m) qanunu ilə rəqs edir. Sistemdə rezonans baş verməsi üçün ona hansı tezlikli məcburedici qüvvə təsir etməlidir?