IV FƏSLƏ AİD MƏSƏLƏLƏR
4.1
Rəqqas 10 san müddətində 80A qədər yol gedir. Rəqqasın rəqs periodunu təyin edin (A- rəqsin amplitududur).
4.2
Bal arısının qanadları 240 Hs tezliklə rəqs edir. Arının uçuş sürəti 4 m/san olaras, o 500 m aralıda bitən çiçəyə çatmaq üçün neçə qanad çalar?
4.3
Rəqs sistemi 1 dəq -də 90 rəqs edir. Bu sistemin rəqs periodu, tezliyi və dövri tezliyi nə qədərdir (π = 3)?
4.4
Hansı qrafik yaylı rəqqasın rəqs təcilinin yerdəyişmədən asılılığına uyğundur?
4.5
Yaylı rəqqas 0,2 m amplitudunda 2 Hs tezliklə harmonik rəqs edir. Rəqqasın harmonik rəqsinin tənliyini yazın.
4.6
Yaylı rəqqas 0,2 m amplitudunda 2 Hs tezliklə harmonik rəqs edir. Rəqqasın harmonik rəqsinin tənliyini yazın (π = 3; φ0 = 0).
4.7
Hansı qrafik riyazi rəqqasda harmonik rəqsi hərəkətə uyğundur?
4.8.
Yaya bərkidilən 250 q kütləli yük üfüqi müstəvidə sürtünməsiz rəqs edir. Yayın sərtliyi 16 N/m olarsa, rəqs periodunu təyin edin (π = 3).
4.9.
Rəqs periodu 1 san olan riyazi rəqqasın uzunluğunu təyin edin (g = 9,8 m/san2 ).
4.10.
Riyazi rəqqas 5 sm amplitudu ilə 1 dəq-də 150 harmonik rəqs edir. Başlanğıc faza 45° olarsa, rəqqasın koordinatı hansı qanunla dəyişər (π = 3).
4.11.
Rəqs sisteminin koordinatı x = 4,5 cos4πt (m) qanunu ilə dəyişir. Rəqsin amplitudu və tezliyini təyin edin.
4.12.
Periodu 4 san olan rəqsin 1,5 san anında fazası nəyə bərabər olar (φ0 = 0)?
4.13.
Şəkildə harmonik rəqs edən nöqtənin yerdəyişmə-zaman qrafiki verilmişdir. Rəqs amplitudunu və periodunu təyin edin.