2
Tətbiqetmə
Okean dalğası təhlükəlidirmi?
Məsələ. Okean sularının dalğa uzunluğu 480 m, rəqs periodu isə 12 san-dir.
Nəticənin müzakirəsi:
-
Bu okean dalğasının yayılma sürəti nə qədərdir?
-
Dalğanın həmin sürətlə sahilə çırpılması nə dərəcədə təhlükəlidir?
Gündəlik həyatınızla əlaqələndirin:
Aparılan araşdırmalardan müəyyən olunmuşdur ki, Fransanın qərb sahillərini yuyan Atlantik
okeanının bir dalğasının çırpılması nəticəsində yaranan enerji 75 mln kilovatt gücə
ekvivalent zərbə yaradır.
- Okean dalğasının daşıdığı bu enerjidən faydalanmaq olarmı? Əgər olarsa, hansı üsulla?
Özünüzü qiymətləndirin:
-
Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə
qaranlıq qaldı?
-
Rəqsi hərəkətin harmonikliyi dalğanın harmonikliyindən nə ilə fərqlənir?
-
Mexaniki dalğalar nə üçün mühitdə yayılır, vakuumda isə yayılmır?
-
Eninə və uzununa dalğaların ümumi və fərqli xüsusiyyəti nədir?
-
Nə üçün mexaniki dalğaların ayrı-ayrı hissəciklərinin rəqsi hərəkətində fazalar fərqi
yaranır?
-
Qayıq 4 m/san sürətlə yayılan dalğa üzərində ləngər vurur. Dalğanın rəqs periodu 3,2 san-dir.
Qayıq hansı uzunluqlu dalğada ləngər vurur?
NƏ ÖYRƏNDİNİZ?
Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: “dalğa”, “mexaniki dalğa”,
“elastik mühit”, “elastik dalğa”, “eninə dalğa”, “uzununa dalğa”, “dalğa sürəti”, “dalğa tezliyi”,
“dalğa periodu”, “dalğa uzunluğu”.