Məsələn, uzun yaydan plastmas ip keçirib ipin hər iki ucunu, yayın isə bir ucunu tərpənməz dayağa üfüqi bərkidib yayın sərbəst ucunu sağa-sola periodik itələsək, halqaların sıxlaşma və seyrəkləşməsinin növbələşməsini müşahidə etmək olar (e).
Dalğanın xarakteristikası. Mühitin hər hansı nöqtəsində baş verən rəqs onun başqa
nöqtələrinə ani yox,
müəyyən sonlu sürətlə yayılır ki, o da dalğa sürətini müəyyənləşdirir.
● Dalğa sürəti - rəqslərin mühitdə yayılma sürətidir.
Bircins mühitdə dalğa bərabərsürətli yayıldığından:
Burada l − dalğanın t müddətində yayıldığı məsafədir: l = v⋅t.
Dalğanın digər xarakteristikaları dalğa tezliyi, periodu və dalğa uzunluğudur.
● Dalğa tezliyi (periodu) — dalğa yaradan mənbəyin rəqs tezliyidir (periodudur).
● Dalğa uzunluğu - bir rəqs perioduna bərabər müddətdə (t =T ) dalğanın yayıldığı məsafədir (l =
λ).
Bu tərifi (4.27) də nəzərə alsaq, dalğanın yayılma sürəti üçün alarıq:
Burada λ (lambda) — dalğa uzunluğudur, onun BS-də vahidi metrdir.
Dalğa uzunluğunu son iki düsturdan müəyyənləşdirmək olar:
λ = v ⋅ T ; λ = ʋ
ν (4.30)
Dalğa sürəti onun tezliyindən və periodundan asılı deyildir. Dalğa sürəti mühitin xassəsindən və aqreqat halından asılıdır. Dalğa uzunluğu isə bircins mühitdə (v= const) rəqs periodundan düz, tezliyindən tərs mütənasib asılıdır.
Bir mühitdən digərinə keçdikdə dalğanın tezliyi və periodu dəyişmir, lakin müxtəlif mühitlərdə dalğa
sürəti fərqli olduğundan onun dalğa uzunluğu da dəyişir.
● Dalğa uzunluğu - eyni fazada rəqs edən iki ən yaxın nöqtə arasındakı məsafədir. Dalğa
uzunluğu eninə
dalğalarda iki qonşu təpə (və ya çökük) nöqtəsi arasındakı məsafədir (bax: d), uzununa dalğada isə iki
qonşu sıxlaşma (və ya seyrəkləşmə) nöqtəsi arasındakı məsafəyə bərabərdir (bax: e).