Lakin təbiətdə ən çox rast gəldiyimiz rəqslər əlaqəli rəqs sistemlərinin rəqsidir. Əlaqəli rəqs sistemlərində rəqs bir sistemdən digərinə ötürülür. Məsələn, durğun suya daş atdıqda onun düşdüyü nöqtədən konsentrik su halqalarının yayıldığı görünür. Bizə elə gəlir ki, ətrafa qabarıqlar və çöküklər formasında yayılan sudur. Lakin daşın düşdüyü nöqtə yaxınlığına üzgəc və ya tennis topu qoyularsa, onun yayılan su halqaları ilə deyil, yerindəcə yalnız yuxarı-aşağı rəqsi hərəkət etdiyi müşahidə olunar. Beləliklə, su zərrəciklərinin müəyyən nöqtədə yaranan rəqsi hərəkəti sudakı qonşu zərrəciklərə verilməklə rəqsi hərəkətə yeni-yeni zərrəciklər cəlb olunur. Nəticədə, hər tərəfə yayılan əlaqəli zərrəciklər sisteminin rəqsi hərəkəti yaranır. Dalğa adlanan belə yayılmada su axını baş vermir, onun forması daşınır.
Dalğa adlanan belə yayılmada su axını baş vermir, onun forması daşınır.
Bu zaman mühitdə aşağıdakı hadisələr baş verir: a) dalğanın yayıldığı mühitin zərrəciklərinin rəqsi
hərəkəti - mühitin zərrəcikləri yalnız öz tarazlıq vəziyyətləri ətrafında rəqsi hərəkət edir və
dalğada maddə daşınması baş vermir; b) mühitin zərrəciklərinin qonşu zərrəciklərlə qarşılıqlı təsiri —
zərrəciklər arasındakı qarşılıqlı təsirlər enerji daşınması ilə nəticələnir. Bu səbəbdən dalğaya
belə
tərif də verilir:
● Dalğa - mühitdə maddə daşınması deyil, enerji daşınması prosesidir.
Mexaniki dalğa. Təbiətdə ən çox rast gəlinən dalğalardan biri mexaniki
dalğadır.
● Mexaniki dalğa - mexaniki rəqslərin mühitdə yayılma prosesidir. O, vakuumda yayılmır. Mexaniki
dalğalar elastik mühitdə (bərk cisim, maye və qazlarda) yayılır.
Elastik mühitdə yayılan mexaniki dalğalar elastik dalğalardır.
● Elastik dalğalar - elastik mühitlərdə mexaniki dalğaların yayılma prosesidir.
Bu proses dalğanı yaradan mənbəyin rəqs tezliyinə uyğun tezliklə baş verir.
Dalğalar iki növdə olur: eninə və uzununa dalğalar.
● Eninə dalğa - mühitin zərrəciklərinin rəqsi hərəkət istiqamətinə perpendikulyar yayılan dalğadır.
Eninə dalğalar yalnız bərk cisimlərdə və mayelərin səthində yayıla bilir. Eninə dalğalar mühitdə
bir-birini əvəz edən qabarıqlar və çöküklər formasında yayılır (d).