Buradan riyazi rəqqasın rəqs periodu və tezliyinin asılı olduğu kəmiyyətlər müəyyən edilir:
• Riyazi rəqqasın rəqs periodu və tezliyi rəqqasın uzunluğundan və onun yerləşdiyi
nöqtədə qravitasiya sahə intensivliyindən (sərbəstdüşmə təcilindən) asılıdır.
2
Tətbiqetmə
Rəqs periodu nə qədər idi?
Məsələ. Uzunluğu 225 sm olan riyazi rəqqasın rəqs periodu və tezliyini təyin
edin. Bu rəqqas 20
rəqsə nə qədər vaxt sərf edər (havanın müqaviməti nəzərə alınmır;
g = 9m
san2; π = 3)?
Nəticənin müzakirəsi:
- Riyazi rəqqasın rəqs periodu neçə saniyədir, onu necə təyin etdiniz?
Gündəlik həyatınızla əlaqələndirin:
Kəfkirli divar saatı geri qalanda, yaxud “qabağa qaçanda” onu kəfkirin uzunluğunu dəyişməklə
tənzimləyirlər.
- Kəfkirli saat “qabağa qaçanda” onun kəfkirinin uzunluğunu necə dəyişmək lazımdır? Nə üçün?
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq
qaldı?
- Riyazi rəqqasın rəqs periodu nədən asılıdır? Asılılığı qrafiki təsvir edin.
- Riyazi rəqqasın rəqs tezliyi nədən asılıdır? Asılılığı qrafiki təsvir edin.
- Riyazi rəqqasın dövri tezliyi nədən asılıdır? Asılılığı qrafiki təsvir edin.
NƏ ÖYRƏNDİNİZ ?
Qeyd olunan müddəaların qısa izahını yazın: “riyazi rəqqas”, “riyazi rəqqasın rəqs periodu”,
“riyazi rəqqasın rəqs tezliyi”.