4.3
RİYAZİ RƏQQASDA HARMONİK
RƏQSLƏR
Günümüzə belə bir tarixi məlumat gəlib çatmışdır: bir dəfə 1583- cü ildə italiyalı alim Q.Qaliley Piza
məbədində olarkən uzun burazdan asılan çilçırağın rəqsi hərəkəti onun diqqətini çəkir. O, çilçırağın
rəqsini nəbzinin vurması ilə müqayisə etdikdə məlum olur ki, rəqqasın amplitudunun azalmasına
baxmayaraq, onun bir rəqsə sərf etdiyi zaman (rəqs periodu) dəyişmir. Qaliley sonralar apardığı çoxsaylı
araşdırmalarda ipli rəqqasın uzunluğunu, ondan asılan yükün kütləsini, rəqqasın yerləşdiyi yüksəkliyi
(dəniz səviyyəsi ilə müqayisədə) dəyişməklə rəqqasın rəqs periodu və tezliyinin nədən asılı olduğunu
təyin etdi.
- Fərziyyənizi söyləyin: Qaliley ipli rəqqasın rəqs periodu və tezliyinin nədən asılılığını
müəyyənləşdirdi?
1
Kütlənin dəyişməsi ipli rəqqasın rəqs peroduna təsir
edirmi?
Təchizat: uzun sapdan asılmış dar dəlikli qıf, quru qum (1
stəkan), saniyəölçən, küvet, mufta və tutqacı olan ştativ.
İşin gedişi:
- Bir ucundan qıf asılmış sapı ştativə bağlayıb ipli rəqqas
hazırlayın (a).
- Qıfı qumla doldurun və rəqqası müəyyən amplitudda
rəqsi hərəkətə gətirin.
- Saniyəölçəni işə salıb N = 5 tam rəqsə sərf olunan t1 zamanını
ölçüb iş vərəğınə çəkdiyiniz 4.2 cədvəlinə qeyd edin.
- Rəqqas hərəkət etdikcə qıfdan fasiləsiz olaraq qumun axması
baş verir. Belə şəraitdə ipli rəqqasın hər N = 5 tam rəqsə sərf
olunan t2, t3 zamanlarını ölçüb cədvələ qeyd
edin.
- Rəqs periodunun T = t/N düsturuna əsasən ipli rəqqasın
T1,T2,T3 rəqs periodunu
hesablayın.
-
Rəqqasın rəqs amplitudunu dəyişməklə təcrübəni təkrarlayın, alınan nəticələri 4.3.
cədvəlində qeyd edin və rəqqasın rəqs periodunu təyin edin .
Cədvəl 4.2
№ |
xm, (sm) |
N, (tam rəqs) |
t, (san)
|
T, (san)
|
1 |
2 |
5 |
|
|
2 |
|
|
3 |
|
|
Cədvəl 4.3
№ |
xm, (sm) |
N, (tam rəqs) |
t, (san)
|
T, (san)
|
1 |
3 |
5 |
|
|
2 |
|
|
3 |
|
|
Nəticənin müzakirəsi:
- İpli rəqqasın rəqs amplitudu dəyişdikcə onun periodu necə dəyişdi?
- Rəqs prosesində qıfdakı qumun azalması ilə rəqqasın rəqs periodu necə dəyişdi?