Tətbiqetmə.
Yaylı rəqqasın xarakteristikalarının təyini
Məsələ. Yaylı rəqqas sərtliyi k olan elastik yaydan asılan 100 q kütləli yükdən
ibarətdir. Rəqqasın harmonik rəqslərinin tədqiqinə dair aparılan təcrübə prosesində
kompüterdə sağdakı qrafik alındı. Bu qrafikə görə, rəqqasın rəqs periodunu,
tezliyini, amplitudunu və yayın sərtliyini təyin edin.
Nəticənin müzakirəsi:
-
Yaylı rəqqasın uyğun xarakteristikaları üçün hansı qiymətləri aldınız? Onları necə
təyin etdiniz?
Gündəlik həyatınızla əlaqələndirin:
Avtomobil, vaqon və təyyarələrin təkərlərini gövdələri ilə əlaqələndirən elastik ressorlarda
hansı fiziki parametrlər nəzərə alınmalıdır?