Beləliklə, yaylı rəqqasın hərəkət tənliyini belə də yazmaq olar:
(4.12) tənliyi o deməkdir ki, yaylı rəqqasın rəqsləri dövri tezliyi
ω olan sərbəst harmonik
rəqslərdir.
Riyaziyyatdan məlumdur ki, bu tənliyin həlli aşağıdakı funksiyadır:
x = xmcos(ωt + φ0) [və ya
x =
xm sin(ωt + φ0)].
Triqonometrik funksiya harmonik olduğuna görə, yaylı rəqqasın da rəqsləri harmonik rəqslərdir.
Burada
ωt +
φ0 =
φ kəmiyyəti rəqsin fazası, φ
0 isə
başlanğıc fazasıdır. Fazanın BS-də vahidi
radiandır (1 rad). Fazanı bucaq dərəcəsi ilə də ölçmək olur:
π (
rad) =
180°.
Başlanğıc fazanın qiyməti
zamanın başlanğıc anının seçilməsindən asılıdır. Belə ki, zamanın başlanğıcını elə seçmək olar ki,
φ
0 =
0 olsun. Bu halda yaylı rəqqasın harmonik rəqsinin düsturu belə yazılır:
x = xmcosωt və ya x = Acosωt. (4.13)
(4.11) və (4.5) ifadələrinin müqayisəsindən yaylı rəqqasın rəqs tezliyi və periodunun asılı olduğu
kəmiyyətlər məlum olur:
• Yaylı rəqqasın rəqs periodu və tezliyi yayın sərtliyindən və ondan asılan yükün kütləsindən asılıdır.