4.2
YAYLI RƏQQASDA HARMONİK RƏQSLƏR
1985-ci ildə Mexiko şəhərində böyük faciəyə səbəb olan zəlzələ baş verdi: 5526 nəfər həlak oldu, 40 000
insan şikəst qaldı, 31000 nəfər isə evini itirdi. Alimlərin sonralar apardığı araşdırmalardan məlum oldu
ki, zəlzələ zamanı baş verən dağıntıların başlıca səbəbi binaların sərbəst rəqs tezlikləri ilə torpağın
məcburi rəqs tezliyinin üst-üstə düşməsidir. Ona görə də seysmik aktiv sahələrdə yeni binalar tikərkən
elə etmək lazımdır ki, bu tezliklər üst-üstə düşməsin. Belə olan halda zəlzələnin dağıdıcı təsirini
xeyli zəiflətmək mümkündür. Bu məqsədlə rəqs tezliyi və periodun nədən asılı olduğunu bilmək vacibdir.
• Rəqs sisteminin rəqs periodu və tezliyi nədən asılı ola bilər?
1
Yaylı rəqqasın rəqslərinin tədqiqi
Təchizat: elastik yay, yüklər dəsti, saniyəölçən, mufta və tutqacı olan ştativ.
İşin gedişi.
- Yayın bir ucunu ştativin tutqacına bərkidin,
digər ucundan isə 102 q-lıq yük asıb kiçik Xml
amplitudunda rəqsi hərəkətə gətirin.
- Saniyəölçəni işə salıb N=5 tam rəqsə sərf olunan t1
zamanını ölçün .
- Yaylı rəqqasın rəqs periodunu T1 = t1/N,
düsturundan təyin edin.
- Yaylı rəqqasın rəqs amplitudunu nisbətən azaldın (xm2) və
təcrübəni təkrarlamaqla rəqs periodunu (T2) hesablayın. Rəqs
periodları üçün alınan T1 və T2
qiymətlərini
müqayisə edin.
- Yaydan 102 q-lıq yük asıb ixtiyari Xm amplitudunda rəqsi hərəkətə
gətirin və rəqqasın 5 tam rəqsə sərf etdiyi zamanı ölçün.
-
Yaydakı yükü 2 dəfə artırın və təcrübəni eyni şərtlərlə
təkrarlayıb uyğun ölçmələri aparın.
- Ölçmə və hesablamalardan alınan ifadələri 4.1 cədvəlinə yazın
Cədvəl 4.1
№ |
m, kq |
N |
t, san |
T, san |
1
|
0,102
|
5
|
|
|
2
|
0,204
|
|
|
Nəticənin müzakirəsi:
- Yaylı rəqqasın rəqs periodu (və ya tezliyi) rəqs amplitudundan necə asılıdır?
- Yaylı rəqqasın rəqs periodu (və ya tezliyi) yaydan asılan yükün kütləsindən necə
asılıdır?
- Təcrübədən hansı nəticəyə gəlmək olar?