2
Tətbiqetmə.
Rəqsin xarakteristikalarını təyin
edin
Məsələ 2. Maddi nöqtə düz xətt üzrə 2 Hs tezliyi ilə rəqs edərək 2 saniyədə 4
sm yol gedir. Bu rəqsin amplitudu nəyə bərabərdir?
Nəticənin müzakirəsi:
- Rəqsin amplitudu və yerdəyişməsi arasında ümumi və fərqli xüsusiyyət nədir?
- Sistemin müəyyən tezliklə düz xətt üzrə rəqsi zamanı t müddətində getdiyi yol nəyə
bərabərdir?
Gündəlik həyatanızla əlaqələndirin:
Məsələ 3. Ağcaqanad 1 san-da 600 qanad çalır, eşşəkarısının qanadlarının
rəqs periodu
5m/san-dir. Hansı həşərat 1 dəq müddətində daha çox və nə qədər çox qanad çalar?
Özünüzü qiymətləndirin:
-
Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə
qaranlıq qaldı?
-
Hansı proses mexaniki rəqsi hərəkət adlanır?
-
Sərbəst rəqs nədir? O sönəndir, yoxsa sönməyən? Cavabınızı əsaslandırın.
-
Rəqs tezliyi və rəqs amplitudu, uyğun olaraq nəyi ifadə edir?
-
Harmonik rəqs edən sistemin yerdəyişmə-zaman qrafiki verilmişdir (e). Sistemin rəqs
periodunu, tezliyini və amplitudunu təyin edin.
NƏ ÖYRƏNDİNİZ?
Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: “mexaniki rəqsi hərəkət”, “periodik rəqsi
hərəkət”, “sərbəst rəqslər”, “rəqsi hərəkətdə yerdəyişmə”, “amplitud”, “rəqs tezliyi”, “rəqs periodu”,
“dövri tezlik”, “sönən rəqs”, “harmonik rəqs”.