Yaya bərkidilən yükün əmələ gətirdiyi yay-yük sistemi və ya sapdan asılan cismin əmələ gətirdiyi sap-cisim sistemindəki rəqslər sərbəst rəqslərə aid edilə bilər. Yay-yük sistemində daxili qüvvə yayın elastiklik qüvvəsi, sap-cisim sistemində isə cismə təsir edən ağırlıq qüvvəsi və sapın gərilmə qüvvəsidir.
Rəqsi hərəkətin kinematik xarakteristikaları. Onların bəziləri ilə tanış olaq.
● Yerdəyişmə - rəqs edən cismin müəyyən zaman anında tarazlıq vəziyyətindən hansı tərəfə və nə qədər
uzaqlaşdığını göstərən fiziki kəmiyyətdir.
Əgər cisim O tarazlıq nöqtəsindən sağa hərəkət edib xm amplitudu qədər yerini dəyişib (N nöqtəsi), orada ani dayandıqdan sonra geri dönərək O nöqtsəsindən sola keçib — xm qədər yerdəyişmə edib (M nöqtəsində), orada da ani dayandıqdan sonra geri dönüb yenidən O nöqtəsinə gələrsə, buna bir tam rəqs deyilir (bax: a). Sonrakı zamanlarda rəqs təkrar olunur. Beləliklə, cisim bir tam rəqs müddətində 4 amplituda bərabər yol gedir:
l0 = 4xm .
Əgər cisim t müddətində N sayda tam rəqs edərsə, gedilən yol:
l = 4xmN = 4xmtv = 4xm ⋅ t
T . (4.1)
Burada v (nü) — rəqs tezliyi, T — rəqs periodudur.
● Rəqs tezliyi -ədədi qiymətcə bir saniyədəki tam rəqslərin sayına bərabər olan fiziki kəmiyyətdir:
v = N
t . (4.2)
Rəqs tezliyinin BS-də vahidi alman fiziki Henri Hersin şərəfinə hers (Hs)
adlandırılmışdır:
● 1Hs - 1 saniyədə 1 rəqs edən rəqsin tezliyidir. [v] = 1 Hs =
1san-1.
● Rəqs periodu - bir tam rəqsə sərf olunan zamandır:
T = t
N . (4.3)
Onun BS-də vahidi saniyədir (1san): [T ] = 1 san.
Rəqsin tezliyi ilə periodu qarşılıqlı tərs kəmiyyətlərdir.
T = 1
v və ya v = 1
T . (4.4)
ω = 2πv (4.5)
Burada ω (omeqa) — dövri tezlikdir. Dövri tezliyin BS-də vahidi: [ω] = 1 rad
san.