Öz yayılma vüsətinə görə dünya
eposunda “Koroğlu” kimi bir əsər
təsəvvür etmək çətindir. O, din və dil
ayrılıqlarına baxmayaraq, orta əsrlərdə
bütün siyasi-inzibati sərhədləri
aşmış, ən azı, Qafqaz, İran, Əfqanıstan,
Orta Asiya, Ərəbistan, Sibir və
Avropanın bir sıra xalqları içərisində
çox geniş şəkildə yayılmış, variantlar,
versiyalar əmələ gətirmişdir.
Məmmədhüseyn Təhmasib