Mətnkənarı suallar | Onların ümumiləşdirilmiş cavabları |
Bu yüzilliklər Azərbaycan xalqının tarixində mürəkkəb, ziddiyyətli və keşməkeşli bir dövr kimi səciyyələndirilir. Sabitlik, sakitlik bu əsrlərdə nisbi olmuş, ölkə ərazisi müharibə, çəkişmə meydanına çevrilmişdir. I Təhmasibin ölümündən sonra Səfəvilər dövləti qüdrətini günbəgün itirməyə başladı. Mərkəzi dövlətin zəifləməsi ölkədə özbaşınalığın artmasına səbəb oldu. XVI əsrin sonlarından etibarən Osmanlı hökmdarlarının ölkəyə hərbi müdaxilələri gücləndi, bəzi ərazilər zəbt edildi. I Şah Abbasın hakimiyyəti dövründə itirilmiş ərazilər geri qaytarıldı, ölkənin inkişafı yolunda əhəmiyyətli addımlar atıldı. Lakin hökmdarın ölümündən sonra dövlətin nüfuzu zəiflədi, ərazisinin böyük bir hissəsi qonşu ölkələr tərəfindən işğal olundu. Qüdrətli sərkərdə olan Nadir şahlığı ələ alıb ölkəni dağılmaqdan xilas etdi. Onun hakimiyyəti illərində (1736–1747) yadelli işğalçılar dövlətin ərazisindən qovuldular. Ölkənin ərazi bütövlüyünə nail olan Nadir şah sui-qəsd nəticəsində öldürüldükdən sonra dövlət dağıldı. Ölkə kiçik dövlətlərə – xanlıqlara parçalandı. Bu, Azərbaycanın işğalına, müstəmləkəyə çevrilməsinə əlverişli şəraitin yaranması demək idi.
İctimai-siyasi həyatda baş verən bütün bu hadisələr həmin dövrün ədəbiyyatında öz əksini tapmışdır. Həmin dövrdə xalq yaradıcılığının böyük vüsət aldığını xatırlatmaq lazımdır. Dastan yaradıcılığının “qızıl