Şükranə verildi çox xəzanə. Əlqissə, ədəmdən oldu peyda Bir tifli-müzəkkərü müzəkka. Xurşid kimi kəmalə qabil, İsa kimi tiflilikdə kamil. Ol dəm ki bu xakdanə düşdü, Halını bilib fəğanə düşdü. Axır günün əvvəl eyləyib yad, Axıtdı sirişkü qıldı fəryad, Yəni ki: “Vücud, dami-qəmdir; Azadələrin yeri ədəmdir. Hər kim ki əsir olur bu damə, Səbr etsə gərək qəmi-müdamə”. Olmuşdu zəbani-hali guya Söylərdi ki: “Ey, cəfaçı dünya! Bildim qəmini sənin ki, çoxdur, Qəm çəkməyə bir hərif yoxdur. Gəldim ki, olam qəmin hərifi, Gəl təcrübə eylə mən zəifi!” Dayə onu pak qıldı qandan, Qaldırdı bu tirə xakdandan. Qüslün verib abi-çeşmi-tərdən, Süd yerinə verdi qan cigərdən. Əqvamü qəbaili olub şad, Ol növrəsə Qeys qoydular ad. Can ilə qılırdı dayə ezaz, Əsbabi-kəmali-tərbiyət saz. |
Xoşnud deyildi heç bu halə.
Əzasın edib əlilə əfkar, Eylərdi müdam naləvü zar. Bir gün onu gəzdirirdi dayə, Dərdini yetirməyə dəvayə, Bir evdə məgər ki bir pərivəş, Ol tifli bəsi görüb müşəvvəş, Rəhm etdi, əlinə aldı bir dəm, Tifl onu görüncə oldu xürrəm. Hüsnünə baxıb qərar tutdu, Fəryadü fəğanını unutdu. Olduqca əlində, oldu xəndan; Düşdükcə əlindən, oldu giryan. Mahiyyətini çü dayə bildi, Ol mahı ona ənis qıldı. Oldu bu dəxi onunla mötad, Nə dayə, nə ana eylədi yad. Zatında çü var idi məhəbbət, Məhbubu görüncə tutdu ülfət. Eşq idi ki, oldu hüsnə mail, Hüsnü nə bilirdi tifli-qafil. Çün tərbiyəti-ədibü dayə Verdi əsəri-təmam ol ayə Gün-gündən edib kəmal hasil, Ol mahi-növ oldu bədri-kamil. Çün sürət ilə dönüb zəmanə, On yaşına yetdi ol yeganə. |
Məktəbdə onunla oldu həmdəm,
Bir neçə mələkmisal qız həm. Bir səf qız oturdu, bir səf oğlan, Cəm oldu behiştə hurü qılman. Ol qızlar içində bir pərizad, Qeys ilə məhəbbət etdi bünyad. Bir türfə sənəm ki, əqli-kamil Gördükdə onu olurdu zail. Şəhbaz baxışlı, ahu gözlü, Şirin hərəkətli, şəhd sözlü. |
Rahü rəvişi müdam qəmzə,
Başdan-ayağa təmam qəmzə, Aləm səri-muyinin tüfeyli, Məhbubeyi-aləm, adı Leyli. Qeys onu görüb həlak oldu, Min şövq ilə dərdnak oldu. Ol nadirə həm ki Qeysi gördü, Min zövq bulub, özün itirdi, Gördü ki, bir afəti-zəmanə, Misli dəxi gəlməmiş cahanə. |