Bir neçə zərifi-xütteyi-Rum, Rumi ki dedin, qəziyyə məlum. Həm elm fənində nüktədalar, Həm söz rəvişində dürfəşanlar. Bilmişlər idi ki, hüsni-göftar, Qədrim qədərincə məndə həm var. Mən xəstəyi etdilər nişanə, Bir rəng ilə tiri-imtəhanə. “Lütf eylə! – dedilər, – ey süxənsənc! Faş eylə cəhanə bir nihan gənc! Leyli-Məcnun əcəmdə çoxdur, Ətrakdə ol fəsanə yoxdur. Təqrirə gətir bu dastanı, Qıl tazə bu əski bustanı”. Bildim, bu qəziyyə imtəhandır, Zira ki, bu bir bəlayi-candır, |
Sevdası dirazü bəhri kütah,
Məzmunu fəğanü naləvü ah. Bir bəzmi-müsibətü bəladır Kim, əvvəli qəm, sonu fənadır. Əmma necə etmək olur ikrah? Bir vaqeədir ki, düşdü nagah, Düşdü səfərim diyari-dərdə, Kimdir mənə yar bu səfərdə? Hər kimdə ki vardır istitaət, Dərdü qəmü möhnətü qənaət, Oldur bu müsafirətdə yarım, Zövq əhlinə yoxdur etibarım. Əzm eyləyəlim, təəllül etmən! Mənzil kəsəlim, təğafül etmən! Ey bəxt, vəfasız olma sən həm! Həmrahlıq et, bizimlə bir dəm! |
Dehqani-hədiqeyi-hekayət,
Sərrafi-cəvahiri-rəvayət, Məni çəmənində gül dikəndə, Söz riştəsinə gühər çəkəndə, Qılmış bu rəvişdə nüktədanlıq, Gülrizligü gühərfəşanlıq. Kim: xeyli-ərəbdə bir cavanmərd, Cəmiyyətü izzü cah ilə fərd, Müstəcməi-cümleyi-fəzayil, Bulmuşdu rəyasəti-qəbayil. Əmvalı cəmii-cinsdən çox, Əmma bu cəhanda varisi yox. Gər qılsa onu tələf həvadis, Şad oldular ondan ata-anə, |
Yox bir xələfi ki, ola varis.
Fərzəndsiz adəmi tələfdir, Baqi edən adəmi xələfdir. Çox nəzrlər etdi hər məzarə, Çox qıldı niyaz girdigarə, Təsir qılıb fəğanü ahi, Övn etdi inayəti-ilahi. Bir gecə açıldı babi-rəhmət, Buldu əsəri-dua icabət. Bər verdi nihali-baği-məqsud, Açıldı güli-hədiqeyi-cud. Çün vədə irişdi, doğdu bir ay, Xurşid rüxiylə aləmaray. Lakin ol edib həmişə nalə, |